Özəl:

Qobustan



Qobustan
Bakı şəhərinin yaxınlığında tarixi bir məkan var. Bu məkanın adı Qobustandır. Qobustan - Azərbaycan ərazisində arxeoloji abidələr kompleksinin mühafizə edildiyi qoruqdur. Qoruq paytaxt Bakıdan 56 km aralıda yerləşir.
 
Burada eləcə də muzey fəaliyyət göstərir. Qoruqda əsasən Mezolit (orta daş dövrü) abidələri sərgilənir.  Açıq səma altında yerləşən qoruqda qədim insanların çəkdikləri qayaüstü rəsmlər, onların həyat və məişəti ilə bağlı digər maddi mənbələr qorunur.
Qobustan qoruğunda mühafizə edilən insan və heyvan təsvirləri ov, döyüş və rəqs səhnələri ən qədim insanların hansı heyvanları necə və hansı üsullarla ovladığını öyrənməyə imkan verir. Yallı səhnələri Qobustan qoruğunun ən maraqlı rəsmlərindəndir.
 
Qədim rəsmlərdən başqa Qobustanda, Böyükdaş dağının ətəyində latınca yazılmış sözlər aşkar edilmişdir. Bu yazı bizim eradan əvvəl I əsrə aiddir və Bakının yaxınlığında Roma qoşunlarının olmasından bəhs edir.
 
Qobustanın ilk tədqiqatçısı arxeoloq İshaq Cəfərzadə 1939-cu ildə bu unikal yerlər barədə ilk dəfə dünya elminə məlumat vermişdir. İshaq Cəfərzadə Qobustanda 5000-ə yaxın qayaüstu rəsm aşkar etmişdi.
 
1972–ci ildə Qobustanda aparılan arxeoloji qazıntılar nəticəsində on iki insan skeleti aşkar olunmuşdur. Firuz düşərgəsində açılmış son mezolit dövrü qəbrindəki insanların kəllə sümüklərinin antropoloji quruluşu, onların elmi tədqiqi zamanı müəyyən olunmuşdur ki, onlar müasir azərbaycanlıların əcdadlarıdır.
 
Qobustan adının mənşəyi və anlamı barədə müxtəlif tədqiqatçılar fərqli fikirlər söyləmişlər. Lakin onlardan ən çox işlədilən fikir toponimin coğrafi şəraitlə bağlı yaranmasıdır. Həmin fikrə görə Qobustan qobular və yarğanlar diyarı sayılır.
loading...
Offline
  • Şərh №: 1
  • 28 avqust 2014 16:11
  • Xəbər sayı: 0
  • Şərh sayı: 80
Hec olmamisam :/ cox isterdim getmek. Bir gun insAllah qismet lsa gedecem

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər