Özəl:

Azıx mağarası nədən xəbər verir



Azıx mağarası nədən xəbər verir
Azərbaycanda insanların yaşadığı ən qədim mağara Azıx mağarasıdır. Bu mağara dünyanın ən qədim insan məskənlərindən biridir. Azıx mağarası Qarabağın Füzuli şəhəri yaxınlığında yerləşir.
 
1960-cı ildə Azərbaycan arxeoloqu Məmmədəli Hüseynovun rəhbərlik etdiyi ekspedisiya Azıx mağarasını kəşf etdi və üzərindəki pərdəni götürməyə başladı. Aydın oldu ki, əjdahaların yox, dünyanın ən qədim sakinlərinin (onları Azıx adamı adlandırırlar) yaşayış məskəni olub.
 
1968-ci ildə M.Hüseynovun uzun zamandan bəri Azıx mağarasında apardığı qazıntıların nəticəsi olaraq Neandertal tipə məxsus olan bir insanın alt çənə sümüyü aşkar edildi. Tapıntı üzərində aparılan tədqiqatlardan sonra məlum oldu ki, onun ən azı 350-400 min illik bir tarixi vardır.
 
Azıx mağarasında, həmçinin ayının, şirin, kərgədanın, maralın, atın, qabanın və digər vəhşi heyvanların sümükləri tapılmışdır.
 
Azıx mağarasında ocaq izləri və daş alətləri də tapılmışdır. Bu alətlərin 1-1.5 milyon il əvvələ aid olduğu söylənilir. Mütəxəssislərin fikrincə, Azıx mağarasından tapılmış çənə sümüyü qədimliyinə görə dünyada dördüncü yerdədir. Ondan əvvəlki dövrlərə aid edilən bu növ arxeoloğı tapıntılar Tanzaniyada, Keniyada və Fransada aşkar edilmişdi. Bu fakt kifayətdir ki, dünyanın ən qədim sakinlərinin məskunlaşdığı ərazilər arasında Azərbaycanın mühüm yer tutduğu sübuta yetirilsin.
 
Azıx mağarasının sahəsi 800 kv.km.-dir. Azıx mağarası Qafqazda indiyə qədər aşkar edilmiş mağaralardan ən böyüyü kimi də diqqəti cəlb edir.
 
Vaxtilə dünyanın ən qədim insanlarının yaşadığı bu mağaranın yerləşdiyi Azərbaycan torpağı 1993-cü ildən etibarən erməni işğalı altındadır və mağaranın işğaldan sonrakı vəziyyəti haqqında heç bir məlumat yoxdur.
loading...

Oxşar xəbərlər

Offline
  • Şərh №: 4
  • 6 may 2016 15:55
  • Xəbər sayı: 198
  • Şərh sayı: 905
Cox maraqli xeberdir.

--------------------
Offline
  • Şərh №: 3
  • 26 yanvar 2015 17:46
  • Xəbər sayı: 0
  • Şərh sayı: 133
Qedimi addir(((((((

--------------------
Offline
  • Şərh №: 2
  • 25 yanvar 2015 15:22
  • Xəbər sayı: 20
  • Şərh sayı: 718
Kecmiwden.......
Offline
  • Şərh №: 1
  • 28 avqust 2014 16:11
  • Xəbər sayı: 0
  • Şərh sayı: 80
Meqaleye gore tskler...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər