Özəl:

6 ermənini məhv edən azərbaycanlı gizir...



6 ermənini məhv edən azərbaycanlı gizir...
Millət vəkili Qənirə Paşayeva dünən Mərkəzi Hərbi Kliniki Hospitalında görüşdüyü yaralı gizirlə olan söhbətindən danışıb
 
Yeniqadın.Biz "Milli"az-a istinadən xəbər verir ki, millət vəkili bu barədə Facebook hesabında yazıb:

"Gizir Hüseynov Yaşar Əhəd oğlu! Bu gün hospitalda onun əlini sıxmaqdan və tanımaqdan qürur duydum. Belə oğullarla hamımız fəxr etməliyik. Ermənistan Silahlı Qüvvələrinin təxribatlarına layiqli şəkildə cavab verən zaman qolundan yaralanmasına, ağrılara baxmayaraq döyüşü davam etdirən və düşmən ordusunun 6 əsgər və hərbçisini məhv edərək şəhidlərimizin intiqamını alan qəhrəman bir qardaşımız. Səninlə və səninlə bərabər düşmənə layiqli cavab verən bütün qardaşlarımızla fəxr edirik. Yaralı olmana baxmayaraq sənin cəsarətin, ağrılara belə əyilməmən, "yaralarım bir az yaxşılaşan kimi qayıdıram düz ön cəbhəyə" deməyin gözümün qarşısından getmir. İnanırıq ki, sizin kimi oğulların sayəsində biz Ali Baş Komandanımızın, cənab Prezidentin rəhbərliyi altında Ermənistanın işğalı altında olan torpaqlarımızı da işğaldan azad edəcəyik. Səni kimi oğulların sayı daha da çoxalsın. Bütün dualarımız səninlə. İnşallah, Allahın və həkimlərimizin yardımı ilə tezliklə sağalacaqsan.Yaşar qardaşımızdan dualarınızı əksik etməyin".
loading...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər