Özəl:

Ön cəbhədə ən son vəziyyət



Ön cəbhədə ən son vəziyyət
Ön cəbhədə yenə də təhlükə var. Amma biz hökumətimizə, ordumuza çox inanırıq.
 
Cəbhə xəttində ara-sıra atışma davam edir.

ANS TV-nin Qarabağ bürosundan verilən məlumata görə, Ermənistan silahlı qüvvələri ötən gecə Ağdamın işğal altındakı Güllücə kəndi istiqamətindən milli ordumuzun mövqelərinə hücuma keçməyə cəhd göstərib. Həmin yerdən Ermənistan silahlı qüvvələrinin mövqelərinə olan məsafə 500 metrdən artıq deyil.

Qarşı tərəfin kəşfiyyat diversiya qrupu cəbhə xəttini keçməyə çalışarkən milli ordumuzun cavab atəşi ilə qarşılaşıb. Kənd sakinlərindən aldığımız məlumata görə gecə saat 3-dən başlayan atışma səhərə qədər davam edib.

Kənd sakini Adil Hüseynovun sözlərinə görə, atdıqları silahların səsi ağır tipli idi: "Ailəmiz , hamımız çox qorxduq. Bizim ordumuz onları layiqincə susdurdu. Yenə də təhlükə var. Amma biz hökumətimizə, ordumuza çox inanırıq”.

Sakinlər gecə saatlarında təmas xəttində yerləşən Təzəkənd kəndinin də atəşə məruz qaldığını deyir.

Kənd sakini Rəsul Abbasov bidirib ki gecə saat 3-dən başlayan güllə səsləri səhər saat 5-ə kimi davam edib.

Baş verən əməliyyatlar fonunda Ermənistan silahlı qüvvələri ağır itki verərək geri çəkilmək məcburiyyətində qalıb. Atışma zamanı ordumuz da 4 şəhid verib. Hərbi əməliyyatlar zamanı yaralanan 8 hərbiçimiz hərbi tibbi maşınlarla ərazidəki hospitala yerləşdirilib. Bu gün saat 10 radələrindən ərazidəki hərbi hospitaldan yaralı əsgərlərimiz helikopterlə paytaxta yola salınıb. Qarşı tərəf itkilərini gizlətməyə çalışsa da əldə etdiyimiz məlumata görə Ermənistan silahlı qüvvələri gecə baş verən atışma zamanı onlarla hərbçisini itirib.
loading...
Offline
  • Şərh №: 2
  • 17 yanvar 2015 12:19
  • Xəbər sayı: 0
  • Şərh sayı: 54
Allahim komek ele yalvariram

--------------------
  • Şərh №: 1
  • 3 avqust 2014 13:10
  • Xəbər sayı: 0
  • Şərh sayı: 0
Offff.Allah bizimcilere sefa versin.Onlarada oda azdi

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər