Özəl:

Odlar yurdu – Azərbaycan



Odlar yurdu – Azərbaycan
Azərbaycan şimalda Böyük Qafqaz silsiləsi, cənubda Kiçik Qafqaz və Talış dağlarının arasında yerləşdir. Ərazisinə görə Azərbaycan Cənubi Qafqazın ən böyük ölkəsidir (86,6 min km²). Ölkə ərazisinə Xəzər dənizində yerləşən adalar da daxildir (Bakı və Abşeron arxipelaqı).
Naxçıvan Muxtar Respublikası və onun 9 iqtisadi-coğrafi zonası da Azərbaycan Respublikasının tərkibinə daxildir.
Dağlıq Qarabağ və ətraf yeddi rayon daxil olmaqla, Azərbaycanın 20 faiz ərazisi hazırda Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.
Azərbaycanın paytaxtı Bakı şəhəridir. Ən iri şəhərləri Gəncə, Sumqayıt, Şəki, Mingəçevir, Lənkəran, Naxçıvan, Xankəndidir (hazırda Ermənistanın işğalı altındadır).
Ölkəmiz şimalda Rusiya Federasiyası, şimal-qərbdə Gürcüstan, cənubda İran, qərbdə Ermənistan və cənub-qərbdə Türkiyə ilə həmsərhəddir. Ölkənin şərq sahilləri Xəzərin suları ilə yuyulur.
Xəzərin orta və cənub akvatoriyası Azərbaycana məxsusdur.     
Ölkənin ən hündür nöqtəsi Bazardüzü dağıdır (dəniz səthindən 4466 metr yüksəklikdə). Ən alçaq nöqtə isə Xəzəryanı ovalıqdır ( -28 m).
Azərbaycan subtropik zonaya aid edilir. Bu zonada mövcud olan 11 iqlim tipindən 9-u Azərbaycan ərazisində müşahidə edilir. Ölkə ərazisi təbii ehtiyatlarla zəngindir. Burada müxtəlif kimyəvi maddələrlə zəngin mineral su mənbələri vardır. Kəlbəcər rayonundakı (Ermənistanın işğalı altındadır) İstisu, Naxçıvandakı Badamlı və Sirab ölkədən kənarda da məşhurdur.
Dünyada mövcud olan 800 palçıq vulkanından 350-si Azərbaycan Respublikasında yerləşir.
Azərbaycanda təxminən 1250 xırda çay vardır. Onların hamısı Xəzər dənizinə tökülür. Bu çayların əksəriyyəti Qafqazın ən böyük çayı olan Kürün (1515 km), az hissəsi isə Arazın (1072 km) hövzəsinə daxildir. Burada 250 göl var. Lakin onların əksəriyyəti xırda göldür. Ən böyük göllər Hacıqabul (15.5 km²) və Böyükşor (10 km²) gölləridir. Murovdağ silsiləsinin şimal-şərqində möhtəşəm mənzərəli göllər mövcuddur. Onlardan biri də  Qafqazın ən gözəl gölü olan Göy-göldür.
Azərbaycan inkişaf etmiş iqtisadiyyata malik və çeşidli məhsulların yetişdirildiyi sənaye-aqrar ölkəsidir. Azərbaycanın iqtisadiyyatında əsas yeri neft və neft məhsulları tutur.

Azərbaycan haqqında ümumi məlumat

Dövlət    

Azərbaycan Respublikası

Paytaxt 

Bakı

Ərazisi 

86.6 min km²

Sərhədlərinin uzunluğu

3.600 km

Dəniz sərhədinin uzunluğu

800 km

Dəniz səviyyəsindən orta yüksəkliyi   

384 metr

Ən hündür nöqtəsi

4.466 metr (Bazardüzü dağı)

Ən alçaq nöqtəsi

28 metr (Xəzəryanı ovalıq)

Yanvar ayının orta temperaturu  

0-+4 С

İyul ayının orta temperaturu

+25-+28 С

Yığıntının orta miqdarı

1000 — 1800 millimetr

Əhalisi (2013-cü ilə əsasən)

9356.5 min nəfər

Şəhər əhalisi      

4966.2 min nəfər

Kənd əhalisi     

4390.3 min nəfər

Kişilərin sayı          

     x

Qadınların sayı        

     x

Əhali sıxlığı      

     x

Elektrik şəbəkəsi

220 Volt, 50 Hers

Saat qurşağı

AZV (UKV+4)

Dövlət dili  

Azərbaycan dili

Pul vahidi

Manat

 

loading...
Offline
  • Şərh №: 6
  • 12 iyun 2018 11:33
  • Xəbər sayı: 0
  • Şərh sayı: 1526
Clobetasol Temovate Best Website Buying Oral Ampicillin Buy Propecia Online From Canada cialis cheapest online prices Orlistat Acheter Ciprofloxacin Online Drug Storeto Non Prescription Viagra Fast

--------------------
Offline
  • Şərh №: 5
  • 6 may 2016 15:56
  • Xəbər sayı: 198
  • Şərh sayı: 905
Lazimli xeberdir tewekkurler

--------------------
Offline
  • Şərh №: 4
  • 13 iyun 2015 16:16
  • Xəbər sayı: 14
  • Şərh sayı: 290
Tesekkurler.
Offline
  • Şərh №: 3
  • 26 yanvar 2015 17:23
  • Xəbər sayı: 0
  • Şərh sayı: 133
Cedvele gore tewekurler(((((((

--------------------
Offline
  • Şərh №: 2
  • 25 yanvar 2015 17:49
  • Xəbər sayı: 20
  • Şərh sayı: 718
Cedvel lazimli idi twk
Offline
  • Şərh №: 1
  • 28 avqust 2014 16:14
  • Xəbər sayı: 0
  • Şərh sayı: 80
Meqaleye gore tskler...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər