Özəl:

Füzuli şəhəri



Füzuli şəhəri
Füzuli şəhəri — Azərbaycan Respublikasında şəhər. Füzuli rayonunun mərkəzi. 1827-ci ildə şəhər statusu almışdır.[2] Hal-hazırda Ermənistan ordusunun işğalı altındadır. Bakı ilə arasında məsafə 310 km-dir. 1993-cü ildən Füzuli əhalisi qaçqınlıq həyatı yaşayır.

Tarixi
Qarasu və Araz çaylarının qovuşduğu yerin yaxınlığında, viran olmuş Qarabağ şəhərinin xarabalıqları həndəvərində Quruçayın sağ sahilində Qarabulaq adlı bir məskən yarandı. 1959-cı ildən həmin yaşayış məntəqəsi şəhər statusu aldı və Azərbaycanın dahi şairi və mütəfəkkiri, Azərbaycan bədii nəsrinin banisi Füzulinin adını daşımağa başladı.

Abidələri
Burada Qarğabazar kəndində karvansara (1684-cü il), Hacı Qiyasəddin məscidi (1682-ci il) yerləşir. Diyardakı abidələr arasında üç türbə xüsusilə seçilir: Əhmədlilər, Babilər və Mirəli türbələri. Aşağı Veysəlli kəndindəki Mirəli türbəsi Baylakandan (Beyləqandan) Bərdəyə gedən köhnə yolun yaxınlığındadır.

Məşhur Azıx və Tağlar mağaraları Füzuli rayonunun ərazisindədir. Həmin mağaralarda ibtidai insanların məskənləri aşkar edilmişdir. Köndələnçayın sıldırım sahilində Qaraköpəktəpə yaxınlığında da qədim insan məskəni olmuşdur. Burada daşdan düzəldilmiş əmək alətləri, silahlar, bəzək əşyaları, çoxsaylı keramik və metal məmulatlar tapılmış, qədim tikililərin qalıqları aşkar edilmişdir.

Offline
  • Şərh №: 2
  • 6 may 2016 15:54
  • Xəbər sayı: 198
  • Şərh sayı: 905
Lazimli ve maraqli xeberdir

--------------------
Offline
  • Şərh №: 1
  • 21 mart 2016 22:54
  • Xəbər sayı: 0
  • Şərh sayı: 3
Respublikamızın iri yaşayış məntəqələrindən olan Fuzuli rayonu 1827-ci ildə yaranmışdır. Həmin vaxtdan formalaşmış və Qarabulaq adlanan yaşayış məntəqəsinin əsasında 1930-cu ildə rayon təşkil olunmuş və Qaryagin rayonu adlandırılmışdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər