Özəl:

Uşaqlarda bronxit



Uşaqlarda bronxit
Bronxitin əsas əlamətləri - öskürək və çoxlu miqdarda bəlğəm ifraz olunmasıdır. Öskürək bəlğəmi tənəffüs yollarına itələyərək bronxları ondan təmizləyir.

Bəzən bəlğəm o qədər çox və qatı olur ki, öskürək bronxları ondan təmizləyə bilmir. Bronxitlər üçün hərarətin yüksəlməsi və intoksikasiya kimi əlamətlər xarakterik deyil. Xəstəliyin müalicəsi ilə yalnız həkim məşğul olmalıdır. Qətiyyən özfəaliyyətlə məşğul olmayın! Düzgün aparılmayan müalicə bəzi hallarda hətta xəstəliyin özündən də zərərlidir.

Bronxitlə xəstələnmiş uşağın yataq otağı təmiz yığışdırılmalı və havası tez-tez dəyişdirilməlidir. Ona çoxlu miqdarda ilıq maye vermək lazımdır (bəlğəmin yumşaldılması məqsədilə). Yuxuqabağı uşağın ayaqlarını isti vannaya qoymaq, sinə nahiyəsinə xardal kağızlarının düzülməsi ("qorçiçnik”), kürək (kürəklərarası və kürəkaltı nahiyələrə) və sinə (ürək nahiyəsindən başqa) nahiyələrinə tibbi bankalar qoyulması bronxitin müalicəsinə yaxşı kömək edir. İstənilən qızdırıcı proseduralardan (banka, xardal, vannalar) sonra uşağı mütləq soyuqdan qorumaq lazımdır! Bütün bu proseduraları yuxuqabağı dövrdə etmək məsləhət görülür.

Xalq təbabəti üsulları kimi, öskürək zamanı turp şirəsi və bal qarışdırılmış ilıq süd (yuxuqabağı süd içən uşaq daha rahat yuxuya gedir) içilməsi xeyirli hesab edilir. Ağ turpu xırda hissəciklərə doğrayaraq üzərinə şəkər tozu səpin, 12 saat müddətində otaq temperaturunda saxladıqdan sonra ayrılan şirəni uşağa 1 xörək qaşığı ilə hər 2 saatdan bir içizdirmək lazımdır.

Broxitin səbəblərindən biri də otaq tozu və bitki mənşəli tozlara və s. faktorlara qarşı olan allergiyadır. Belə bronxitlər allergik bronxit adlandırılır. Belə uşaqların müalicəsi LOR (qulaq-burun-boğaz) həkimləri və allerqoloqlar tərəfindən birgə aparılmalıdır.

Bronxiti mütləq mükəmməl şəkildə müalicə etmək lazımdır. Əks halda, bu xəstəlik uşaqlarda tənəffüs orqanlarının ən qorxulu xəstəliyi olan pnevmoniyaya keçə bilər.
Offline
  • Şərh №: 1
  • 3 avqust 2016 00:44
  • Xəbər sayı: 17
  • Şərh sayı: 119
Allah uzaq elesin

--------------------

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər