Özəl:

Uşaqlarda hiperaktivlik



Uşaqlarda hiperaktivlik
Dövrün əsas problemlərindən sayılan "dəcəl uşaq","sözə baxmayan uşaq"anlayışı əslində psixologiyada xüsusi bir diaqnoz olaraq taninir.

Belə ki, "uşağım hər şeyi dağıdır,sındırır","sözümə baxmır","dərslərini oxumur","yaddaşı zəifdir" kimi şikayətlər heç də uşağın "tərbiyəsiz"olmasından irəli gəlmir. Psixologiyada bu tip davranışlar əsasən hiperaktivlik kimi tanınır.

YeniQadın.Biz bildirir ki, hiperaktivlik - şəxsin həddindən artıq fəallığı, davranışlarına nəzarət edə bilməməsi ve uzun müddet diqqətini toplaya bilməməsi ilə bağlı bir durumu əks etdirir. Hiperaktivlik genetik faktordur, əsasən ata xəttiylə keçir, ancaq ana xəttiylə keçdiyi hallar da olur. Bununla bərabər problemli doğuş,ana və ya uşağın infeksiyalara yoluxması uşağın həyatının ilk ilində onun həssas sinir sisteminə təsir göstərir və nəticədə minimal beyin disfunksiyasının (hiperaktiv uşaq sindromunun) formalaşmasına gətirib çıxarır. Alimlər isə beyində davranışa nəzarət etməyə yardım göstərən "neyroötürücülər"adlanan kimyəvi maddələrin çatışmadığını iddia edirlər.

Hiperaktivliyin 3 əsas əlaməti var:
1. Çoxhərəkətlilik
2. İmpulsivlik
3. Diqqət əksikliyi

Çox hərəkətlilik - həddindən artıq hərəkətlidirlər, bir yerdə dayana bilmirlər, ev içində qaçırlar, harasa dırmaşırlar. Sakitlik istəyən fəaliyyətləri sevmirlər. Bir sözlə, hiperaktiv uşaqlarda zaman və məkan fərqi olmur, onlar hər zaman, hər yerdə aktivdirlər.

İmpulsivlik - hisslərini gizlədə bilmirlər, öz hərəkətləri barədə düşünmür, "mənfi"və "müsbət"cəhətləri müqayisə etmirlər. Düşünmədən hərəkət edirler ki,bu da bir sıra təhlükələrə yol aça bilər. Belə ki,çox hündür olan bir ağaca çıxa bilər, ətrafa baxmadan yolu keçərlər və s. Tələskəndirlər, digərlərinin sözünü kəsər, hər şeyə qarışar, sıra gözləməyi sevməzlər.

Diqqət əksikliyi - diqqəti bir nöqtəyə toplaya bilmirlər, dərsləri etməkdə çətinlik çəkirlər, fikirləri asanlıqla yayınır, əşyalarını tez-tez itirirlər. Qarşısındakını dinləməmə, mövzudan yayınma kimi hallar baş verir. İşləri plansız olur.

Hiperaktivliyin 3 ağırlıq dərəcəsi var:
- 1-ci dərəcə hiperaktivliyin yalniz bir əlaməti olur,yəni uşaqda ya coxhərəkətlilik,ya impulsivlik,ya da diqqət əksikliyi olur.
- 2-ci dərəcə hiperaktivliyin ya 2 əlaməti olur və ya 3 əlaməti olur,ancaq bu əlamətlər beyinə ləngimə vermir.
- 3-cu dərəcə hiperaktivliyin hər 3 əlaməti və paralel olaraq beyin ləngiməsi olur.

Əgər sadalanan əlamətlərdən biri və ya bir neçəsini övladınızda müşahidə etmişsinizsə yaxşı olar ki, mütəxəssisə müraciət edəsiniz. Valideynlər belə uşaqlarla son dərəcə səbrli davranmali, onların güclü cəhətləri və istedadları barədə söz açmalı, yaxşı bir iş gördükdə tərifləməlidirlər. Uşağınıza sadəcə nəyi etməməli olduğunu deyil, nəyi etməli olduğunu da söyləyin. Hiperaktiv uşağın daima mənəvi dəstəyə ehtiyacı olur, o da digər uşaqlar kimi uğur qazanmaq istəyir. Lakin bu onda həmişə alınmır. Buna görə də valideynlər belə uşaqların yalnız özlərinə maraqlı və həvəsləri olan işlərlə məşğul olacaqlarını bilməlidirlər.

Və son olaraq, istənilən halda uşaqlarımızı digər uşaqlarla müqayisə etməyək, aralarında fərq qoymayaq, nəzərə alaq ki, hər uşaq bir dahidir.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər