Özəl:

Qadın probleminin xalq təbabəti vasitələrlə çarəsi



Qadın probleminin xalq təbabəti vasitələrlə çarəsi
Qardnerellyoz və ya bakterial vaginoz ginekoloji xəstəliklər arasında çox geniş yayılmışdır.
Gardnerella vaginalis bakteriyaları hər bir sağlam qadının uşaqlıq yolunun normal mikroflorasının tərkibində var, lakin laktobakteriyalar ilə balans halında olduğundan xəstəlik törətmir. 
Milli.Az "Herba Flora" jurnalına istinadən bildirir ki, laktobakteriyaların sayının azalması ilə müşayiət olunan hallar zamanı disbalans yaranır və xəstəlik əlamətləri baş qaldırır.

Səbəbləri
- Cinsi partnyorların tez-tez dəyişilməsi;
- Antibiotiklərin uzun müddət ərzində qəbulu; 
- Bağırsaq disbakteriozu;
- Birdəfəlik qadın bezlərinin uzunmüddətli istifadəsi;
- Aybaşı zamanı gigiyenik qaydaların pozulması;
- Hormonal disbalans;
- Sintetik alt paltarlarının geyilməsi;
- İmmundefisit hallar.
Əsas və yeganə əlaməti - uşaqlıq yolundan çoxlu miqdarda eynicinsli, bozumtul və ya sarımtıl-ağ rəngli, xoşagəlməz və iylənmiş balıq iyli ifrazatın gəlməsidir. Həmçinin sidiyəgetmə və cinsi akt zamanı uşaqlıq yolunda qaşınma, yanma kimi hallar da baş verir.
 
Yuyunma vasitələri
- Hərəsindən 1 xörək qaşığı aptek çobanyastığı çiçəkləri, düzqalxan qaytarma və bağayarpağı yarpağı qarışdırılır, üzərinə 1 litr qaynar su əlavə edilir, yarım saat dəmlənərək süzülür. Gündə iki dəfə - səhər və axşam uşaqlıq yolu yuyulur.

- 1 xörək qaşığı palıd qabığı üzərinə 200 ml qaynar su əlavə edilir, qaynar su hamamında 10 dəqiqə saxlanır, sonra dəmləmə termosa tökülərək daha 3 saat dəmlənir, soyudulur, süzülür. 7 gün axşamlar uşaqlıq yolu yuyulur. 
- 1 xörək qaşığı meşə gilası üzərinə 300-400 ml su əlavə edilir, yüksək temperaturda qaynayana qədər saxlanır, sonra temperatur azaldılaraq 20 dəqiqə vam ocaqda dəmlənir, soyudulur və süzülür. 1 həftə hər gün uşaqlıq yolu həmin məhlulla yuyulur. 
- 5 filtr-bağlama Profemin çayı üzərinə 500 ml qaynar su əlavə edilir, 15-20 dəqiqə dəmlənilərək soyudulur. Səhər və axşam uşaqlıq yoluna şırınqa edilir.
- 5 hisə çobanyastığı çiçəkləri, 5 hissə qoz yarpaqları, hərəsindən 3 hissə adaçayı yarpaqları və əməköməci otu, 2 hissə palıd qabığı qarışdırılır, qarışıqdan 2 çay qaşığı üzərinə 1 litr qaynar su əlavə edilir, 30 dəqiqə qaynadılır, soyudulandan sonra süzülür. Həftədə 2 dəfə uşaqlıq yolu yuyulur.
- Hərəsindən 3 hissə dəvədabanı yarpaqları və ardıc meyvəsi, hərəsindən 2 hissə solmazçiçəyi, çölqatırquyruğu, xəşəmbül, evkalipt və armudgülü qarışdırılır, qarışıqdan 1 çay qaşığı üzərinə 1 stəkan qaynar su əlavə eildir, 30 dəqiqə dəmlənir. 2-3 həftə günaşırı uşaqlıq yolu yuyulur.
Tampon- Əzvay şirəsi 1:1-ə nisbətində Fitooil Çaytikanı yağı ilə qarışdırılır, hazır gigiyenik və ya steril tənzifdən hazırlanan tampon həmin qarışıqda isladılır, yatmazdan əvvəl uşaqlıq yoluna qoyularaq 7-8 saat saxlanır.

Oturaq vannalar
- 250 qram palıd qabığı üzərinə çıxana qədər soyuq suda 3-4 saat isladılır, sonra qarışıq 20 dəqiqə qaynadılır, süzülür və əvvəlcədən hazırlanmış vannaya tökülərək 20-30 dəqiqə oturaraq vanna qəbul edilir.
- Eyni miqdarda vələmir samanı, qoz yarpaqları, ardıc meyvəsi, palıd qabığı və çobanyastığı çiçəkləri qarışdırılır, üzərinə çıxana qədər qaynar su əlavə edilir, 45 dəqiqə bişirilərək, süzülür. Əvvəlcədən hazırlanmış vannaya əlavə edilir.
- Yarım litr qaynar suya 2 xörək qaşığı çiçək balı əlavə edilir, əvvəlcədən hazırlanmılş vannaya əlavə edilir. İmmun sistemi möhkəmləndirən vasitələr- 2 filtr-bağlama İmmunotea çayı 200 ml qaynar suda 15-20 dəqiqə dəmlənir. Gündə 3 dəfə yeməkdən əvvəl 200 ml qəbul edilir.
- 2 stəkan albalı meyvələri tumlardan təmizlənir, əzilir. 1 ədəd heyva, 2 ədəd alma və 1 ədəd limon qabıqlı şəkildə sürtgəcdən keçirilir, 10 diş sarımsaq. Sarımsaq əzilir, qarışdırılır və üzərinə 9 stəkan qaynar su əlavə edilir, ağzı bağlı qabda yarım saat dəmlənir. Gündə 4 dəfə 100 ml qəbul edilir.
- Gündə 2 dəfə səhər və günorta 1 xörək qaşığı Şəfa şərbəti qəbul edilir.- 2 xörək qaşığı qurudulmuş quşarmudu meyvələri üzərinə 400 ml su əlavə edilir, qaynama həddinə qədər çatdırılır və zəif ocaqda 15 dəqiqə bişirilir. Üzərinə 2 çay qaşığı bal əlavə edilərək bir qədər qaynadılır, gündə 4 dəfə 1 xörək qaşığı yeyilir

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər