Özəl:

Kimyəvi terapiya nə deməkdir?



Kimyəvi terapiya nə deməkdir?
Bir neçə onilliklər əvvəl xərçəng xəstəliyi diaqnozu insanlarda yalnız yaxın və əzablı ölümlə assosiasiya olunurdu. İndiki dövrümüzdə xərçəng xəstəliyi uğurla müalicə edilir. Xərçəng xəstəliyinə uğramış bir çox insanlar tam müalicə olunur və daha sonra normal və sağlam həyat sürürlər.

Bu səbəbdən əgər sizə və ya sizin yaxınlarınıza xərçəng diaqnozu qoyulubsa, ruhdan düşməyin və xüsusilə də müxtəlif  "cadugərlara" müraciət etməyin. Nəticədə siz yalnız çox qiymətli vaxtınızı itirəcəksiniz.

Hal hazırda xərçəngi yalnız ilkin mərhlələrdə deyil, daha fəsadlaşmış mərhələlərdə də müalicə etmək mümkündür.

Xərçənglə mübarizədə müxtəlif üsullardan istifadə olunur - cərrahiyə üsulları, kimyəvi preparatlarla və şüa ilə müalicə, hormonal terapiya və s. Bu gün biz kimyəvi terapiya haqqında sizə məlumat vermək istərdik.

"Kimyəvi terapiya" da xərçəng kimi "qorxulu" sözlərdən biridir. Kimyəvi terapiya nə deməkdir? Bu xüsusi dərman preparatların köməyi ilə xərçəng xəstəliyinin müalicəsi üsuludur. Bu preparatlar xərçəng hüceyrələrinin bölmə proseslərini pozur və onları məhv edir. Bəzi xərçəng növlərini yalnız bu üsulla müalicə etmək mümkündür. Lakin daha tez-tez hallarda xərçəng xəstəliyi kompleks şəklində müalicə olunur ki, müalicə zamanı həm cərrahiyyə, həm də kimyəvi və (və ya) süa terapiyadan istifadə olunur. Bəzi hallarda kimyəvi terapiya cərrahiyyə müalicədən əvvəl istifadə olunur ki, şişin ölçüləri kiçilsin və əməliyyatının keçirilməsi mümkün olsun. Digər hallarda isə kimyəvi terapiya cərrahiyyə müalicədən sonra metastazlarla mübarizə üçün istifadə olunur.

Kimyəvi terapiya zamanı istifadə olunan preparatlar peroral (ağız boşluğundan) və ya damar daxili vasitəsilə orqanizmə daxil edilir. İkinci variant daha tez-tez hallarda istifadə olunur. Bu zaman xərçəng əleyhinə olan preparatlar qan axını ilə bütün orqanizmə yayılır və xərçəng hüceyrələri məhv edir. Kimyəvi terapiya zamanı bir və ya bir neçə preparat istifadə oluna bilər. Adətən belə preparatlar xəstəyə müəyyən kurslarla təyin olunur. Kurslar arasında fasilə verilir.

Kimyəvi terapiya xərçəng xəstəliyinin müalicəsində ən effektli və ucuz üsullarından biri sayılır.

Lakin bütün üstünlüklərinə baxmayaraq, kimyəvi terapiyanın müəyyən yanaşı təsirləri də mövcuddur. Belə ki, bu preparatlar tək xəstə hüceyrələri deyil, sağlam hüceyrələri də məhv edir. Digər yanaşı təsirləri arasında - ürəkbulanması və qusma, diareya (ishal), saçların tökülməsi, insanın qan və immun sisteminə, qara ciyərinə və mərkəzi sinir sisteminə mənfi təsir, sonsuzluq, kişilərdə - potensiyanın azalması və s. Bu səbəbdən kimyəvi terapiyadan əvvəl və sonra onkoloqlar xüsusi bərpaedici müalicə təyin edirlər.

Təbii ki, müasir kimyəvi terapiya xəstələr tərəfindən daha asan keçirilir. Lakin hər halda bu çox çətin bir müalicədir ki, həm xəstədən, həm onun ətrafında olan insanlardan böyük səbir və dözüm tələb edir. Belə xəstələrin yaxınların sevgisinə və diqqətinə daim ehtiyacları var. Bu onların sağalmasına böyük kömək edir.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər