Özəl:

Gecələr ağzınız açıq yatırsınız?



Gecələr ağzınız açıq yatırsınız?
Gecələr burundan nəfəs almır, ağzı açıq yatırsınızsa, xoruldayır və öz səsinizə oyanırsınızsa, səhərlər yorğunluq hiss edirsinizsə, mütləq qulaq, burun, boğaz mütəxəssisinə müraciət etməlisiniz. Qulaq, burun, boğaz mütəxəssisi Eren Taştan burun tıxanmasının yuxu problemlərinə səbəb olduğu və yorğunluq kimi həyat keyfiyyətini aşağı salan problemlərə yol açdığını deyib.

YeniQadın.Biz-in sağlamlıq bölməsi xəbər verir ki, burun tıxanması  uzunmüddətli ürək narahatlıqlarına da yol açır. Həkimin sözlərinə görə, burun tıxanmasını çoxları keçici üsullarla aradan qaldırmağa çalışırlar. Lakin uzun müddət davam edərsə, bu, ürəyi yoraraq xəstəliklərə yol aça bilər. Burun tıxanmasının yaranmasının digər səbəbi allergik soyuqdəymə və infeksiyalardır.

Polip kimi kütlələr burnu tamamilə bağlaya bilir. Soyuqdəymə, qrip və sinusit kimi infeksiyalar da qısa müddətli burun tıxanmasına gətirib çıxarır. Burun ətləri də gecələr ağzı açıq yataraq, burundan deyil, ağızdan nəfəs almağa səbəb ola bilər.

Sümükdə və ya qığırdaqda əyrilik varsa və xəstənin şikayətləri də buna bağlıdırsa, problemin yeganə həlli cərrahi üsuldur.  Xroniki sinusit olan xəstələrdə ilk növbədə tibbi müalicə tətbiq olunur.

Bu problem allergik və soyuqdəymə nəticəsində yaranırsa, müxtəlif dərmanlardan istifadə edilir.
loading...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər