Özəl:

Bananın tərkibində zülal nə qədərdir?



Bananın tərkibində zülal nə qədərdir?
Bananın tərkibində zülal nə qədərdir? Ümumiyyətlə varmı və bananın xeyiri nədədir – bütün bu suallara cavab məqaləmizdə.

Siz yəgin bananın insan orqanizminə xeyiri barədə çox eşitmisiniz. Məsələ ondadır ki, banan xeyirli və vitaminlə zəngin meyvə olmaqla yanaşı, onun digər müsbət cəhətləri də vardır. Əbəs yerə vegetarianlar bananı rasionlarına daim əlavə etmirlər. Bananın tərkibində nə qədər zülal var? Bu ekzotik meyvəni idmançılar sevir, proteinlə zəngin olduğu üçün aclığı yatızdırır. Lakin bananı yeganə qida məhsulu kimi qəbul etmək olmaz, banan sağlam qidanın bir tərkibi olmalıdır.

Gülməli olsa da, bananın tərkibindəki zülalın miqdarı sadəcə 1 qramdır. Bu göstərici orta ölçülü banana aiddir. Bananın tərkibində protein azlıq təşkil, üstəlik tam protein hesab olunmur.

Zülal ilə yanaşı bananın tərkibində hansı vitaminlər və minerallar var?

Karbohidratlar – enerji mənbəyidir! Effektiv məşq üçün vacibdir. Deməli banan – idmançının dostudur. Orta ölçülü bananda C vitamininin gündəlik normasının 17-18% var. Bu səbəbdən banan soyuqdəymə zamanı olduqca xeyirli məhsuldur.

Gözlərə xeyirdir. Beləki, bir bananın tərkibində 2% A vitamini var ki, gözlərin yorğunlunu aradan qaldırır, görmə qabiliyyətini yaxşılaşdırır.

Anemiya xəstələri üçün də banan xeyirli meyvədir. Beləki, bananın tərkibində 2% dəmir var. Tərkibindəki 13% kaliy infarkt və insultun qarşısını almaqda kömək edir. Kalsiyi orqanizmdə saxlayır, üstəlik tərkibində də 1% kalsiy var.

Qidanı həzm etməyə kömək edir, orqanizmdəki suları qovur, B-6 vitamini ilə zəngindir.

Bananın ölçüləri və onların fərqi?

"Bananın tərkibində zülal nə qədərdir?” sualını cavablandırmaq üçün onun ölçülərini bilmək lazımdır. Var ekstraböyük (23 sm-dən başlayaraq), böyük (20-23 sm), orta (18-20 sm), balaca (13-18 sm), ekstrabalaca (13 sm aşağı). Meyvə nə qədər böyük olsa, xeyirli maddələr bir o qədər çox olacaq, kaloriy kimi. Balaca bananlar 90 kaloriy, orta 110 kaloriy, böyük 121-135 kaloriy təşkil edirlər.

Gündəlik iki bananın yeyilməsi 90 dəqiqəlik məşqə bərabərdir! Hətta alimlərin araşdırmasına görə iki banan sizi 40 dəqiqəlik seksdən alacağınız müsbət effektlər ilə təmin edə bilər. Banan əzələ kütləsini artırmağa kömək edir, spermanın keyfiyyətini artırır, üz dərisini təravətləndirir, dəriyə oksigeni tez və düzgün paylanılmasına kömək olur.

Qeyd edək ki, dünyada bir ildə 100 000 000 000 ədəd banan yeyilir. Banan dünyada ən çox yetişdirilən kənd təsərrüfatı məhsullarının sırasında 4-cüdür.
loading...
Offline
  • Şərh №: 1
  • 17 mart 2015 20:38
  • Xəbər sayı: 211
  • Şərh sayı: 1240
menim oglum banani xoslayir

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər