Özəl:

Sarıkök və onun inanılmaz faydaları



Sarıkök və onun inanılmaz faydaları
Güclü təsirə malik sarıkökdən min illər boyu müalicə məqsədilə istifadə edilib. Sarıkök Çin, Yaponiya daxil olmaqla bütün Şərq təbabətinin ayrılmaz hissəsidir. Sarıkökdən Şərq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə edilir. Sarıkökdən qripdən tutmuş onkoloji xəstəliklərin müalicəsinə qədər istifadə edilir.
 
Sarıkökün orqanizmə aşağıdakı faydaları var:
* Sarıkök orqanizmi cavanlaşdırır.
* Sarıkök güclü antiseptik vı antioksidant təsirə malikdir.
* Sarıkökün tərkibi vitaminlər və minerallarla zəngindir.
Sarıkök aşağıdakı xəstəliklərin müalicəsini nəzarət altına alır və əlamətlərini azaldır:
* şəkərli diabeti nəzarət altında saxlayır
* yaraların sağalmasına yardım edir
* ağrıları yüngülləşdirir
* dərini gözəlləşdirir
* Alsheymer xəstəliyinin əmələ gəlməsinin qarşısını alır
* ürəyin əzələsini möhkəmləndirir
* artrit əlamətlərini yüngülləşdirir
* həzmi sürətləndirir
* qara ciyəri təmizləyir
* xərçəng hüceyrələrinə qarşı mübarizə aparır
* dəridə piqmentasiya əlamətlərinin əmələ glməsinin qarşısını alır
* əhval-ruhiyəni yüksəldir.

Sarıkökü suda isladıb gözlərin altına yaxdıqda həmin nahiyənin tündləşməsinin qarşısını alır. Bunu üçün 5 gün ərzində bu proseduru etmək kifayətdir. Maskanı hazırlamaq üçün sarıkökün üstünə krem halına gələnədək su əlavə edilir və 10 dəqiqə ərzində qarışım gözətrafı nahiyədə saxlanılır.
Sarıkökdən hazırlanmış qarışım isə soyuqlama, bağırsaqların parazitar xəstəlikləri, böyrək və sidik kisəsi infeksiyaları , virus infeksiyaları, bronxit və ishal zamanı çox faydalıdır.
 
Qarışım aşağıdakı qaydada hazırlanır:
½ çay qaşığı sarıkök
1 stəkan süd
1 çay qaşığı bal
½ çay qaşığı zeytun yağı
¼ çay qaşığı üyüdülmüş qara istiot
Ərzaqlar qarışdırılır və qaynayana qədər odun üstünsə saxlanılır. Qaynayan kimi odun üstündə götürülür, bir az soyudulur və isti halda qəbul edilir.
Offline
  • Şərh №: 1
  • 23 avqust 2017 22:03
  • Xəbər sayı: 0
  • Şərh sayı: 2
faydali meslehetdir tesekkurler

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər