Özəl:

Zəyərək (kətan) toxumu - qəbizliyə TƏBİİ ÇARƏ



Zəyərək (kətan) toxumu - qəbizliyə TƏBİİ ÇARƏ
Zəyərək (kətan) toxumu çox faydalı müalicə məhsuldur.

Zəyərək toxumu mədə-bağırsaq sistemi üçün xüsusilə faydalıdır. Həzm sisteminə bürüyücü, iltihab əleyhinə, ağrıkəsici və işlədici təsir göstərir.

Kətan toxumu xroniki qastrit, mədə və onikibarmaq bağırsağın peptik xorası, xroniki enterit, kolit zamanı əlavə müalicəvi vasitə kimi çox geniş istifadə olunur.

Zəyərək toxumu qəbizlik zamanı çox yaxşı təsir edir. Qidalı liflərlə zəngin olan zəyərək toxumu bağırsaqlarda şişir və bağırsaqların peristaltikasını (hərəkətlilik) artırır ki, nəticədə bu qəbizliklə mübarizə etməyə kömək edir. Həmçinin kətan toxumu dəmləməsi seliklə zəngindir ki, bu selik bağırsaqların fəaliyyətini asanlaşdırır.

Qəbizlik zamanı zəyərək toxumundan belə müalicəvi dəmləmə hazırlayın:
1 ç. q. toxumun üzərinə 150 ml (3/4 stəkan) qaynar su əlavə edin, 15 dəq. çalxalayın, süzün. Selikli maye alınmalıdır. Gündə 3-4 dəfə, hər dəfə 50 ml (1/4 stəkan) yeməkdən 30 dəq. əvvəl daxilə qəbul edin. Bu dəmləməni uzun müddət ərzində istifadə etmək olar. Onun heç bir ziyanı və ya yanaşı təsiri yoxdur.



Offline
  • Şərh №: 1
  • 26 mart 2017 00:20
  • Xəbər sayı: 17
  • Şərh sayı: 140
Сообщение
faydali melumatcun,tewekkur.

--------------------

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər