Özəl:

Pıtırğanın (Pıtraq) bilmədiyiniz faydaları



Pıtırğanın (Pıtraq) bilmədiyiniz faydaları
Dərman vasitəsi kimi pıtırğan bitkisinin kökü, tumu və yarpaqlarından istifadə edilir. Pıtırğan bitkisi müalicəvi xüsusiyyətini saxlasın deyə, onun kökünü duxovkada qurutmaq lazımdır. Çünki gec qurusa pıtırğanın kökü qıcqıra bilər.

-Pıtırğan sidikqovucu və tərlədici təsirə malikdir. Xalq arasında onun həlimindən raxitin, babasilin, revmatizmin müalicəsində istifadə edilir.

-Diabet xəstəliyi zamanı pıtırğan kökü bərabər hissədə götürülmüş paxla qabığı və qaragilə yarpağı ilə birgə istifadə edilir. Eyni ölçüdə götürülmüş paxla qabığı, qaragilə yarpağı və pıtırğan kökü 5 dəqiqə qaynadılır, soyuduqdan sonra gündə 3 dəfə yarım stəkan içilərsə, bir müddət sonra qanda şəkərin miqdarı normallaşır.

-Revmatizmin müalicəsi zamanı bərabər hissədə götürülmüş pıtırğan kökü və andız kökünün həlimini içmək yaxşı nəticə verir.

-Uzun müddər pıtırğan kökünün həlimini içmək dəridə olan səpgiləri və ekzemanı aradan qaldırır.

-Pıtırğan kökünün həlimini su ilə qarışdırıb saçlar yuyularsa saç tökülməsinin qarşısı alınar.

- Pıtırğanın təzə kökünü əzib məlhəm halında saçların dibinə çəkilərsə, tüklərin dibi bərkiyər.

-Pıtırğan həlimini hazırlamaq üçün 20 qram pıtırğan kökü, 200 qram suda yüngül həlim şəkli alana qədər qaynadılır.

-Saçların dibinin möhkəmlənməsi üçün təzə pıtırğan şirəsini tüklərin dibinə sürtmək lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər