Özəl:

İtburnu çayının faydaları



İtburnu çayının faydaları
İtburnu meyvəsində olan vitamin və minerallar infeksiyalara qarşı daha yaxşı təsir göstərir. Qadınlar.Biz bildirir ki, bu meyvənin bioloji aktivliyi əsasən onun tərkibində olan C vitamini ilə əlaqədardır. 

C vitamini orqanizmdə maddələr mübadiləsini aktivləşdirir, müxtəlif infeksiyalara və xarici mühitin digər zərərli təsirlərinə qarşı bədənin müqavimətini artırır. Xroniki yorğunluğa, soyuqdəyməyə, təzyiq problemlərinə, böyrək problemlərinə faydası olan itburnu həm də qanı təmizləyir.

Qanda olan xolesterinin miqdarını azaltdığına görə damar kirəcləşməsinin qarşısını alır və qan dövranını sürətləndirir. Müalicə və profilaktika məqsədilə sidik yolları xəstəliklərində, nefritlərdə istifadə olunur. Mübadiləni yaxşılaşdırdığına görə yara və xoraların sağalmasına da təsir göstərir. Bədəni yaşlanma, siqaret və spirtin təsirlərindən qoruyur.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər