Özəl:

Biyanın inanılmaz faydaları - bir çox xəstəliklərin dərmanı



Biyanın inanılmaz faydaları - bir çox xəstəliklərin dərmanı
Biyan kökü qədim zamanlardan bəri geniş şəkildə istifadə edilib. Müasir dövrdə isə bu köklər müəyyən dərmanların tərkibinə vurulur, pivə və qazlı içkilərin bəzilərinin istehsalında istifadə edilir. Biyanın kökləri ilə yanaşı ondan əldə edilən bal da şəfa qaynağı hesab edilir və xeyli baha qiymətə satılır.

Biyan kökünün tərkibindəqlyukoza, nişasta, müxtəlif yağlar və digər maddələr var. Biyan kökü immunitet sistemini gücləndirir, öskürəyi kəsir, temperaturu aşağı salır.

Bu bitki həm də sidik qovucudur, mədə problemlərinə, xüsusilə də, qastritə qarşı təsirlidir. Həmçinin qəbizliyi aradan qaldırır, qaraciyər xəstəliklərinin müalicəsi zamanı köməkçi vasitə kimi istifadə edilir. Sədəf xəstələri üçün də faydalıdır.

Mütəxəssislər ağzın içində yaranan yaralara qarşı biyan çayı ilə qarqara etməyi məsləhət görürlər. Üst tənəffüs yollarının xəstəlikləri zamanı tövsiyə edilir.

Biyan kökü dalaq üçün də faydalıdır. Orqanizmi toksinlərdən təmizləyir, mikrobları öldürür, antioksidant təsir göstərərək xərçəngdən qoruyur.

Biyan kökü qadın xəstəliklərinə qarşı ən təsirli vasitələrdən biri hesab edilir. Menstruasiya və klimaks dövründə baş verən halsızlıq, yorğunluq, ağrı hissini aradan qaldırır.

1. Bəlğəmi təmizləmək üçün gündə 3 dəfə biyan kökündən əldə edilən tozdan 1 qram qəbul edilməlidir. Bala qarışdırıb udmaq olar.

2. Qastrit və digər mədə xəstəliklərinin müalicəsi üçün gündə 20-25 qram biyan kökü çeynənməlidir.

3.Digər problemlər üçün isə biyan kökündən əldə edilən çay ən uyğun vasitədir.

3 stəkan suyun içinə 3 çay qaşığı sürtgəcdən keçirilmiş biyan kökü əlavə edib 20 dəqiqə qaynadın. İlıq halda gündə 1-2 stəkan için. Çayı yeməklərdən 1 saat sonra içmək olar.

Hamilələrin və uşaq əmizdirən anaların, azyaşlı uşaqların biyan kökündən istifadə etmələri məsləhət deyil.
loading...
Offline
  • Şərh №: 1
  • 8 iyun 2018 04:44
  • Xəbər sayı: 0
  • Şərh sayı: 1526
Cialis 10 Mg Prezzo Farmacia cialis 5 mg Syphilis And Amoxicillin Amantadine

--------------------

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər