Özəl:

Tərəvəzlərin müalicəvi əhəmiyyəti



Tərəvəzlərin müalicəvi əhəmiyyəti
Keşnişin- tərkibində efir yağı, az miqdarda C və K vitaminləri, boyayıcı maddələr vardır. Şirəsi hipertoniya, diabet xəstəliyi, öskürəkdə, sarılıq xəstəliyində müalicə məqsədi ilə içilir. Təzə gül açmış keşnişin suyunu qızılcaya tutulmuş uşaqlara içirdirlər və xəstəliyin yüngül keçməsinə kömək edir.

Reyhan - qan azlığında, xroniki mədə-bağırsaq xəstəliklərində, avitaminozlarda, böyrək və sidik yolları iltihabında yaxşı təsir göstərir.

Şüyüd - qarın köpməsində, mədə-bağırsaq pozğunluğunda, eləcə də bəlğəmgətirici kimi istifadə olunur.

Kələm yarpaqlarında - şəkər, toxuma karotin, B1, B2, P, D, K, İ vitaminləri, həmçinin montil-metinonil, sulfon və maqnezium duzu, gül kələmində isə karotin, B1, B2, C, K vitaminləri, fole dəmir və kalsium duzları vardır. Kələm yarpağının şirəsinin çuğundur, turp və yerkökü şirəsi ilə qarışığı vərəm xəstəliyinin müalicəsində işlədilir. Turş kələm piylənmənin qarşısını alır, şəkər xəstəliyinin ilk fazasında yaxşı təsir göstərir.

Nanə yarpağının - tərkibində iki faizə qədər efir yağı, aşı maddəsi və müxtəlif üzvi turşular olur. Nanədən xalq təbabətində "nanə cövhəri" və "nanə suyu" formasında mədə xəstəlikləri zamanı, qarın köpü, qarın ağrısı vaxtı istifade edilir.

Pomidor - tərkibində şəkər, müxtəlif turşular, yod, karotin, B1, B2, C, və K vitaminləri çoxdur. Mədə-bağırsaq xəstəlikləri zamanı, ateroskleroza qarşı və ürək-damar sistemi xəstəliklərində faydalıdır.

Tərxun - xalq təbabətində iştah açmaq üçün, diş ətinin iltihabında, diş ətindən qanaxma olduqda müalicə vasitəsi kimi işlədilir.

Xiyar suyu - xalq təbabətində sidik qovucu, sərinləşdirici, hərarət salıcı, sinəyumşaldıcı, həmçinin mədəaltı vəzinin xəstəliyində mualicə vasitəsi kimi işlədilir.
loading...
Offline
  • Şərh №: 1
  • 2 iyun 2016 15:14
  • Xəbər sayı: 7
  • Şərh sayı: 373
Melumata göre twkler

--------------------

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər