Özəl:

Üzüm yarpağının bilmədiyimiz faydaları



Üzüm yarpağının bilmədiyimiz faydaları
Yazda bişirilən yeməklər arasında təzə üzüm yarpağından hazırlanan dolma üstünlük təşkil edir və çoxları tərəfindən sevilir. Bəs üzüm yarpağının faydalarını bilirsinizmi? Mütəxəssislər iddia edir ki, əsasən də zeytun yağı ilə hazırlanan ətli yarpaq dolması aşağı kalori və yüksək qida dəyərinə malikdir, sağlam qidalanmaya xidmət edən yeməkdir.

YeniQadın.Biz üzüm yarpağının faydalarını təqdim edir.

• Bağırsaq sağlamlığı üçün əhəmiyyətli olan posanın zəngin mənbəyidir. Yüksək posalı qidaların qəbizliyin qarşısını alma, xolesterolu aşağı salma və qan şəkərini yüksəltmə kimi müsbət təsirləri var. Dolmalarınızda düyü yerinə yarma istifadə etsəniz, posanın  müsbət təsirlərindən yararlana bilərsiniz.

• Üzüm yarpağı tək halda xolesterol ehtiva etmir. Zeytun yağı ilə hazırlayacağınız dolmalar isə ürək sağlamlığı üzərinə qoruyucu təsirlərə malikdir.

• İmmunitet sistemini gücləndirən və infeksiyalara qarşı qoruyan A və C vitaminləri ehtiva edir. Bu vitaminlər həmçinin antioksidan vitaminlər olub xərçəngə qarşı bədənimizi qoruyur.

• Kalsium başda olmaqla manqan, mis, maqnezium və dəmir kimi müxtəlif mineralları ehtiva edir. Sağlam sümük və dişlər üçün kalsium əhəmiyyətli mineraldır. Süd və süd məhsulları kalsiumun təməl qaynağı olmaqla yanaşı, üzüm yarpağı kimi yaşıl yarpaqlı tərəvəzlər də kalsiumun bitki mənşəli qaynaqlarındandır.

• Unutqanlıq xəstəliyinə qarşı qoruyucudur. Üzüm yarpağının tərkibindəki komponentlər unutqanlıq xəstəliyinin səbəbi olan beyində beta amiloid düyünlərinin yığılmasının qarşısını alır.

• Üzüm yarpağı əsasən duzda saxlanılır. Duzun zərərli təsirlərindən qorunmaq üçün istifadədən əvvəl suda saxlamaq lazımdır ki, duzu yaxşıca çıxsın. Yüksək təzyiqi olan, böyrək xəstələri və müalicə müddətində sodiumdan uzaq dayanması lazım olan xəstələr tutma yarpaqdan hazırlanan dolmadan uzaq dursalar, yaxşı olar.

loading...
Offline
  • Şərh №: 1
  • 7 iyun 2018 23:06
  • Xəbər sayı: 0
  • Şərh sayı: 1526
Cialis Kaufen Internet Baclofene Definition п»їcialis Bentyl Spastic Colon Cialis Migliore

--------------------

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər