Özəl:

Qarın yağlarının güclü düşmənləri



Qarın yağlarının güclü düşmənləri
Yeməklərə əlavə olunan ədviyyatların qarın bölgəsini əritmək üçün olduqca təsirli olduğunu bilməyən yoxdur.

Lavanda
Əgər gününüz stresli keçirsə, özünüz də artıq çəkidən əziyyət çəkirsinizsə, yeməklərinizi lavanda ilə bişirməlisiniz. Lavanda stresi aradan qaldırır. Xüsusilə ət xörəklərinə qeyri-adi dad qatan lavandanın qoxusu sinir sisteminə də müsbət təsir edir. Onun sayəsində bədənin yemək və şirniyyat istəyi də azalır. Yəni lavanda ilə qızardılmış ət yeyəndən sonra ürəyiniz heç nə istəməyəcək.

Dənə-dənə istiot
Toz istiotları bir kənara qoyun və özünüzə istiot üyüdücü alın. Dənə-dənə olan qara bibərləri yediyiniz hər yeməyə əlavə edin. Onun içərisindəki piperine maddəsi bel ətrafındakı yeni yağ hüceyrələrinin yaranmasına mane olur.

Xardal toxumu
Xardal toxumu metabolizmi sürətləndirən turpkimilər fəsiləsindəndir. Xüsusən də xardal sousu qarın bölgəsindəki yağları yandırmağa kömək edir.

Çili istiotu
Həddindən artıq acılığı ilə tanınan Çili istiotu metabolizmi sürətləndirir və inanılmaz dərəcədə effektli təsir göstərir. Bu istiot metabolizmin fəaliyyətini gücləndirir və sürətli yağ yandırılmasına yardım edir. Yağlardan xilas olmaq istəyirsinizsə, yeməklərinizə hər gün yarım çay qaşığı Çili istiotu əlavə edin.

Cəfəri
Bütün yeməkləri bəzəyən, süfrələrin baş tacı olan cəfərini çiy yeməyə cəhd edin. Yeməklərin içinə əlavə etməkdənsə üstünə limon sıxaraq yeyin. Çiy olaraq yeməklərdən əvvəl və sonra istehlak edildiyi təqdirdə metabolizmi sürətləndirir. Qara ciyərin fəaliyyətini yaxşılaşdıraraq piylənmənin qarşısını alır.

Hind zəfərani
Bu ədviyyat bədəniniz üçün ən faydalı ədviyyatdır. Tərkibindəki güclü antioksidantlar həzmə kömək edir. Hər yeməyə əlavə etmək olar. Çünki mədədəki yanma hissini azaldır. Eyni zamanda orqanizmin yağ yandırmasına kömək edir.

Rozmarin (Bibəriyyə)
Rozmarin yağlarla mübarizə aparan təsirli bitkilərdən biridir. Diyetoloqlar da hər gün mütləq rozmarin yeməyi tövsiyə edirlər. İstər təzəsini, istərsə də, qurudulmuşunu. Həm ləzzətlidir, həm də pəhrizin dostudur. Rozmarinin tərkibindəki karnosik turşusu orqanizmdə qlükozanın səviyyəsini azaldır. Qlükozanın səviyyəsi yüksək olduqda orqanizmdə yağ əmələ gətirir. Salatların içərisində və ya zeytun yağı ilə birlikdə yeyə bilərsiniz.

Darçın
Darçın hüceyrələri qlükoza ilə doldurur və bu sayədə insulini aşağı salır. Şirniyyat istəyini azaltmaq üçün şəkəri darçınla dəyişdirin. Qatıqla, souslara əlavə edərək yeyin və yağları parçalayın.

Zəncəfil
Mədə və həzm sistemi üçün möcüzəli təsir göstərir. Bağırsaqların fəaliyyətini yaxşılaşdırır. Xüsusilə souslara və ət yeməklərinə zəncəfil əlavə edin.

loading...
Offline
  • Şərh №: 1
  • 31 may 2018 01:41
  • Xəbər sayı: 0
  • Şərh sayı: 1526
Amoxicillin Causes Ear Ringing Buy Priligy Dapoxetine Online Safely Where Can I Buy Isotretinoin Skin Health Low Price Mastercard online pharmacy Prix Levitra 10 Mg Solupred Viagra Rezept Deutschland Preisvergleich Cialis 20 Mg 12 St

--------------------

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər