Özəl:

Ürəyin, qaraciyərin, böyrəklərin sağlamlığını qoruyan bitki



Ürəyin, qaraciyərin, böyrəklərin sağlamlığını qoruyan bitki
Avropa ölkələrində bu bitki çox sevilir və delikates sayılır. Qulançarı həm təzə halda yeyirlər, həm də müxtəlif xörəklərin bişirilməsi zamanı istifadə edirlər.
Qulançar qədim zamanlarda müxtəlif xəstəliklər zamanı müalicəvi bitki kimi istifadə olunurdu.

Qulançarın tərkibində bir çox faydalı maddələr var - zülallar, karotin, kalium, orqanik turşular və s.

Qulançarın tərkibində olan "kumarin" adlı maddələr ürək-damar sisteminə çox müsbət təsir edir - ürəyin fəaliyyətini yaxşılaşdırır, damarları qoruyur, qanı duruldur, damarlarda trombların əmələ gəlməsinin qarşısını alır.

Həmçinin qulançar

- nəfəs yolları, böyrəkləri yaxşı təmizləyir, iltihabı azaldır,
- qaraciyərin fəaliyyətinə müsbət təsir edir,
- sinir sisteminə sakitləşdirici təsir göstərir,
- bağırsaqların fəaliyyətini yaxşılaşdırır, qəbizliyin qarşısını alır,
- ürəklə bağlı olan ödemləri azaldır,
- orqanizmi ziyanlı maddələrdən (şlklar, toksinlər və s.) təmizləyir.

Qədim zamanlarda qulançar kişilərdə potensiyanı artıran vasitə kimi istifadə olunurdu.Nəzərə almaq lazımdır ki, bəzi insanlarda qulançar allergik reaksiyalara səbəb ola bilər.
loading...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər