Özəl:

Əsəbləri sakitləşdirən, immuniteti yüksəldən yağ



Əsəbləri sakitləşdirən, immuniteti yüksəldən yağ
Dəfnə yarpağı tanınmış ədviyyat sayılır və mətbəximizdə önəmli yer tutur. Təkcə qida məqsədilə istifadəsindən əlavə, həm də bəzi müalicəvi üsullar üçün də istifadə edilir.

Dəfnə yarpağından orqanizmin qan dövranı problemi, dəri qulluğu, qaraciyər, öd kisəsi və böyrək sağlamlığı üçün faydalı ola biləcək yağ da hazırlanır.

Dəfnə yarpağı yağının faydalarını təqdim edirik.

Dəfnə yarpağının yağı xəstəliklərin profilaktiki müalicəsi üçün çox faydalıdır. İmmunitet sistemini də gücləndirir.

Dəri probleminin həlli üçün bu yağdan losyon hazırlaya bilərsiniz. Dəridə sızanaq və qırışlarla mübarizədə çox effektlidir. Müalicə etmədən əvvəl ona qarşı dəri allergiyanızın olub-olmadığına əmin olun.

Digər faydaları:
Sinir sistemini sakitləşdirir

Tərləmə prosesini stimullaşdırır

İmmunitet sistemini gücləndirir

Zehni performansı artırır

Damarların varikoz genişlənməsini həll edir və oynaqlardakı ağrıları götürür

Yağı hazırlamaq üçün:
30 qr dəfnə yarpağı
250 ml zeytun yağı

Yarpaqları üyüdün və yağla qarışdırın. Bankaya töküb qaranlıq və sərin yerdə 14 gün saxlayın. Gün ərzində bankanı çalxalayın. 14 gün sonra qarışımı cunadan keçirin və başqa bankaya əlavə edin.

Yağın istifadə miqdarı:
Aromatikləşdirici olaraq 4-5 damcı
Vanna üçün 3-4 damcı
Qarqara üçün 200 ml isti suda 1 çay qaşığı qarışdıra bilərsiniz.
Kosmetik istifadə üçün (maska, krem, losyon hazırlanmasında) 1 çay qaşığına 2 damcı əlavə edin.
Masaj üçün 4-6 damcı istifadə edin.

Qeyd: Dəfnə yarpağının yağından həddən çox miqdarda istifadə baş ağrısı, dərinin səpməsi və qaşınmaya gətirib çıxara bilər.
loading...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər