Özəl:

Bu bitki orqanizminizi təmizləyər



Bu bitki orqanizminizi təmizləyər
Yer armudu (topinambur) olduqca faydalı bitkidir.
Görünüşə görə kartofa oxşayan topinambur orqanizm üçün vacib olan bir çox maddələrlə (vitaminlər, minerallar, pektinlər, amin turşuları və s.) zəngindir.
Yer armudunun tərkibində çoxlu pektinlər var. Bu maddələr mədə-bağırsaq sisteminin fəaliyyətini yaxşılaşdırır, ziyanlı maddələrdən təmiləyir, antiseptik, iltihabəleyhinə və ödqovucu təsir edir. Topinambur mədə-bağırsaq sisteminin mikroflorasına müsbət təsir edir.
Böyük şəhərlərdə yaşayan insanların orqanizmində çoxlu miqdarda toksinlər, şlaklar, ağır metalların duzları və s. ziyalı maddələr yığılır. Orqanizm bu maddələri zərərsizləşdirməyə çatdırmır ki, nəticədə xroniki intoksikasiya inkişaf edir. Xroniki intoksikasiya özünü bu kimi simptomlarla büruzə verir:
- "səbəbsiz" baş, əzələ, oynaqlar ağrıları
- dərinin, saçların vəziyyətinin pisləşməsi
- "səbəbsiz" yorğunluq
- immun sisteminin zəiflənməsi və s.
Araşdırmalar sübut edib ki, topinamburun hər gün 2-3 ay ərzində qəbulu xroniki intoksikasiyanın əlamətlərini azaldır. Yer armudu kompot, kisel şəklində istifadə oluna bilər. Onun xoş, şirin dadı var.
Lakin ən yaxşı variant topinamburu çiy halda yeməkdir. Yer armudu yuyulur, soyulur, sürtgəcdən keçirilir və istənilən tərəvəz salatlarına əlavə olunur.
Yer armudunun tərkibində inulin maddəsi var. Bu maddə qanda şəkərin səviyyəsini aşağı salır. Bu səbəbdən topinambur şəkərli diabet xəstələr üçün çox faydalıdır. Onlar hər gün yeməkdən 10 dəqiqə əvvəl topinambur yeməlidir. Bu qanda şəkərin səviyyəsini tənzimləməyə kömək edəcək.
Yer armudu müxtəlif mədə-bağırsaq sistemi xəstəlikləri zamanı çox xeyirlidir. Topinambur köp, ürəkbulanması, qıcqırma zamanı yaxşı kömək edir.
loading...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər