Özəl:

Soğan-sarımsaqdan hazırlanmış məlhəm



Soğan-sarımsaqdan hazırlanmış məlhəm
Nottingem Universiteti (Böyük Britaniya) alimləri IX əsrə aid olan təbabət kitabından göz məlhəminin reseptini tapıb və bu məlhəmi hazırlayıblar.

Qədim məlhəmin tərkibinə müəyyən miqdarda soğan, sarımsaq, çaxır və öküz ödü daxil idi.
Xarici mətbuatın məlumatına görə, alimlər məlhəmi müxtəlif mikroblar üzərində test ediblər. Eksperiment nəticəsində məlum olub ki, bu məlhəm antibiotiklərin təsirinə davamlı olan 90% bakteriyaları məhv edib. Məlhəm hətta ən davamlı bakteriyalardan biri sayılan qızılı stafilokokka qarşı effektli olub.
Məlhəmin antibakterial təsiri alimləri heyran edib.
Alimlərin sözlərinə görə, bir çox digər qədim məlhəmlər mövcuddur ki, onlar da infeksion xəstəliklərinə qarşı çox effektlidir.
loading...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər