Özəl:

Yumurtanın faydaları



Yumurtanın faydaları
Yumurtanı orqanizm tez mənimsəyir
Yumurta ağı orqanizmdə 98% tez əriyir. Bu da orqanizmdə yeni hüceyrələrin yaranmasına yaxşı təsir edir. Yumurta əzələ kütləsinin artırılması və lazımi səviyyədə qalması üçün vacibdir. Hər gün 1 yumurta yemək arıqlamağa kömək edir. Yumurtanın tərkibindəki zülal iştahanı aşağı salır və metabolizmanı gücləndirir. Əsasən də yumurtanın səhər yeməyində yeyilməsi məsləhətdir. Bu aclıq hormonuna kömək edir və insanı tox saxlayır.

Yumurta vitaminlə zəngindir
İnsanın gündəlik vitamin norması yumurtada cəmlənib. 1 yumurtada gündəlik norma olan  5% A, 10%-D vitaminləri cəmlənib. Həmçinin fosfor, dəmir, sink, yod, retinol, riboflavin mikroelemenləri ilə də zəngindir.

Gündə 1 yumurta yemək sizi göz xəstəliyindən qorumuş olacaq. Həmçinin tərkibindəki A vitamini göz əzələlərini gücləndirir və "toyuq korluğu” xəstəliyini sağaldır.

Yumurta osteoparozdan qoruyur
İlıq yumurta yemək sümüklərin daim bərk olmasına kömək edir. Sümük yumşaqlığı əsasən qadınlarda 40 yaşından sonra daha çox rast gəlinir.

Yumurta beyni gücləndirir
Yumurtanın tərkibindəki xolin maddəsi beyni gücləndirir. Yumurta yaddaşı, yaradıcı düşüncəni gücləndirir, hadisələrə reaksiyanı tezləşdirir.

Uşaqda allergiya yoxdursa, 2-3 yaşlarından hər səhər ilıq yumurta yedirtmək beynin düzgün və hormonal fonunun sağlam formalaşmasına  kömək edir.

Yumurta ateroskleroz xəstəliyi riskinin qarşısını alır

 Qidada yumurtadan istifadə etmək qanda xolesterinin miqdarını qaldırmır. Xolesterin yumurtada fosfatidlərin  (lesitinə oxşar birləşmələr) səviyyəsindən asılıdır. Fosfaditlər damarda ateresklerozun yaranmasına mane olur.

Yumurtanın qaraciyərə ziyan verməməsi üçün suda ilıq şəkildə qaynadıb, duzsuz yemək məsləhətdir. Yumurtanın bu cür bişməsi kərə yağı və zeytun yağında bişməsindən daha təminatlıdır.
loading...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər