Özəl:

Yer fındığı ani ölüm riskini azaldır



Yer fındığı ani ölüm riskini azaldır
Müntəzəm yeyildikdə yer fındığının ürək-damar xəstəliklərinin qarşısını ala biləcəyi məlum olub.
Hürriyet.com saytının məlumatına görə, amerikalı elm adamları tərəfindən maddi vəziyyəti yaxşı olmayan 70 mindən artıq amerikalı və 130 min çinlinin iştirakı ilə aparılan araşdırma yer fındığının ürək-damar xəstəlikləri riskini azalda biləcəyini göstərib.
Ani ölüm riskini 17% azalda bilər
Araşdırmanı aparan elm adamlarından Hung Luu qəbul edilən miqdardan asılı olaraq yer fındığının ani ölüm riskini 17-21%, ürək-damar xəstəliklərindən qaynaqlanan ölüm riskini isə 23 -38% azalda biləcəyini vurğulayıb. Hung Luu qiyməti digər quru meyvələrə nisbətən daha münasib olan yer fındığının həftədə 30 qram qəbulunun belə ürək-damar xəsətəliklərinə qarşı qoruma təmin edə biləcəyini qeyd edib. Araşdırmaların nəticələri "Internal Medicine" jurnalında yayımlanıb.
loading...
  • 26-09-2015, 17:00
  • 507
  • 0

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər