Özəl:

Damarları təmizləyən 10 qida



Damarları təmizləyən 10 qida
Yaşıl çay
Yaşıl çay damarlara ziyan verən maddələri təmizləyir. Ehtiva etdiyi antioksidantlar sayəsində xolesterinin səviyyəsini aşağı salır, ürəyi qoruyur.
 
Göyəm
Bu meyvə ürək üçün çox faydalıdır. Xolesterini aşağı salır. Qan dövranını yaxşılaşdırır.
 
Darçın
Antioksidant anbarı olan darçın qandakı şəkəri azaltdığından damarlar üçün faydalı hesab edilir. Gündə 1 çay qaşığı darçın qandakı yağ nisbətini 26 faiz azaltmağa qadirdir.
 
Badam
E vitamini, lif və doymamış yağla zəngin olan badam damarları təmizləyən ən təsirli qidalardan biridir. Güclü antioksidantlar ehtiva edir.
 
Yulaf
Yulaf xolesterini aşağı salır, damarları təmizləyir. Mütəmadi olaraq hər gün 4-5 qaşıq yulaf yemək tövsiyə edilir.
 
Zeytun yağı
Aralıq dənizi ölkələrində ürək xəstəliklərinə daha az rast gəlinir. Buna səbəb həmin bölgələrdə zeytun yağından çox istifadə edilməsidir.
Zeytun yağı damarları təmizləyir, tərkibindəki antioksidantlar sayəsində xərçəngi önləyir və təzyiqi aşağı salır.
 
Brokkoli
K vitamini və lif baxımından zəngin olan brokkoli pis xolesterinin düşmənidir. Qan təzyiqini tənzimləyir. K vitamini damarlardakı kalsium səviyyəsini nizamlayır.
 
Sarıkök
Sarıkök damarlar üçün ən faydalı ədviyyatdır. Damar sərtliyinin qarşısını alır. Damarda yağ toplanmasına imkan vermir.
 
Qulançar
Damarlardakı təzyiqi azaldır, beləliklə, qan axınını sürətləndirir. Həmçinin, damarın tıxanmasına imkan vermir.
 
Nar
Tərkibindəki antioksidantlar sayəsində qan axınını sürətləndirir, qan dövranına yaxşı təsir edir.
Damarları təmizləyir.
  
loading...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər