Özəl:

Tez-tez acanlara nə yemək tövsiyə olunur?



Tez-tez acanlara nə yemək tövsiyə olunur?
Paxla: Faydaları sadalamaqla bitməyən paxlalı bitkilər lif qaynağıdır. Sinir sisiteminin dostudur. Karbohidrat tərkibli olduğu üçün insanı tox saxlayır. Maqnezium, kalium, kalsium, dəmir, B vitamini və mineral tərkiblidir. Gec həzm olunduğu üçün qandakı şəkəri nizamlayır. Bizim özümüzü tox hiss etməyimiz üçün bədəndə qan şəkərinin normada olmağı çox önəmlidir. Lif tərkibli olduqları üçün mədədə tez parçalanır.Nəticədə karbohidrat və proteinin sorulmasını asanlaşdırır, qəbizliyin qarşısını alır. Paxlalı bitkilər liflə zəngin qidalar olduğuna görə, bağırsaqların işləməsini də nizamlayır. Maqnezium və kalsium sümükləri gücləndirir.
 
Badam: Arıqlamağa təsir edən badam: sink, dəmir, kalsium, potassium, E vitamini kimi minerallar və vitaminlərlə zəngindir. Badamda Omeqa3-ün səviyyəsi çox yüksəkdir. Badamın tərkibindəki sağlam yağlar və liflər toxluq hissi yaradır. Bağırsaqların hərəkətini artırır. Pəhriz saxlayanların əsas çərəzi olan badam gündə ən çox 10-15 ədəd yeyilə bilər.
 
Portağal: C vitamini ilə zəngin olan portağalın tərkibində B və E vitaminləri, fosfor, maqnezium və kalium mineralı da var. Portağal eyni zamada mis, sink, dəmir manqan və proteinlə zəngindir. Bu maddələr immuniteti gücləndirir. Liflə zəngin olan portağal bütöv şəkildə yeyilməlidir. Əgər portağalın təkcə şirəsini içsəniz liflərindən kifayət qədər faydalana bilməzsiniz. Portağal bədənimizdəki zərərli maddələri təmizləyir. Dərinin sağlamğı üçün də çox faydalıdır. Dərinin təravətli və qüsursuz görünməsinə yardımçı olmaqla yanaşı, dəri qırışlarının qarşısını alır. Həzmi asanlaşdırır və qəbizliyi aradan qaldırır. Tərkibində C vitamininin həcmi çox olan portağal, bədəndəki yağların yanmağını da tezləşdirir.
 
loading...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər