Özəl:

Qışın son günlərində qidalanmağınıza diqqət edin



Qışın son günlərində qidalanmağınıza diqqət edin
Qarşıdan gözəl bahar fəsli gəlir və qış öz son günlərini yaşayır. Bu günlərdə bədənin vitamin azlığı özünü xüsusilə açıq şəkildə göstərir.

Ona görə də qidalanmağımıza diqqət edib, faydalı tərəvəzlərdən və meyvələrdən istifadə etməliyik. Bu tərəvəzləri və meyvələri tanıyaq.

Kök.
Kök - faydalı tərəvəzlərdəndir ki, tərkibində A vitamini vardır. Çiy və bişmiş halda yeyilir və yadda saxlayın ki, kök dərinizin rənginin xoş olmasına yardım edir.

Kələm.
Brokkoli, Brussel kələmi, gül kələmi, qırmızı kələm - çox faydalı tərəvəzlərdəndir. Tərkibində C vitamini və fol turşusu vardır. Sizə çoxlu enerji verəcəkdir.

Balqabaq.
Balqabağın fəsli sona çatmamış, ondan bəhrələnin. Bu tərəvəzin tərkibində anti-oksindantlar və beta-karotin vardır.

Ananas.
Ananas şirin və az kalorilidir. Bu meyvənin tərkibində C vitamini və immun sistemini gücləndirən maddələr vardır.

Avokado.
Bu meyvənin kalorisi çox olmağına baxmayaraq, bədənə ehtiyacı olan yağları verər. Bu meyvənin tərkibində A, B,C, E vitaminləri vardır.

Banan.

Banan bütün fəsillərdə tapılan meyvələrdəndir. Tərkibində çoxlu karbohidratlar, liflər və vitaminlər vardır.

Mandarin.
Mandarin - ləzzətli və şirin bir meyvədir ki, qabığı rahatlıqla soyulur və dənəsi də azdır. Qış fəslində ən çox istifadə olunan meyvələrdəndir. Tərkibində C və başqa vitaminlər vardır.

Xurma.
Xurma - soyuq günlərdə yeyilməsi ən çox tövsiyə olunan meyvələrdəndir. Onu çay və südlə istifadə edə bilərsiniz. Tərkibində liflər, kalium və təbii şəkər vardır. Ona görə də sizə çoxlu enerji verəcəkdir.

Nar.

Narın tərkibində çoxlu anti-oksidantlar vardır. Qanı duruldar, xolesterinin səviyyəsini aşağı salar, mədəni yaxşılaşdırar.

Kivi.
Kivi turş dadına baxmayaraq, sizə çoxlu enerji verər. Çünki tərkibində C vitamini vardır. Hər bir kivi ədədində bədənə 80 milliqr. C vitamini daxil olar. Bu meyvənin tərkibində kalium da çoxdur.

Portağal.
Portağalın tərkibində C vitamini və anti-oksidantlar çoxdur. Bədənin enerjisini və sevincini artırar.

Qreypfrut.
Dadı bir qədər acı olan bu meyvə A və C vitamini mənbəyidir. Salatların bir çoxunda ondan istifadə edərlər.

Alma.

Alma dünya üzrə ən çox istifadə olunan və ən faydalı meyvələrdəndir. Bu meyvənin vitaminlərinin çoxu qabığında yerləşir. Tərkibində çoxlu vitaminlər, liflər vardır.
Offline
  • Şərh №: 1
  • 21 iyul 2016 14:21
  • Xəbər sayı: 1
  • Şərh sayı: 58
cox maraqli oldu elleriniz agrimasinn

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər