Özəl:

Özünüzü xoşbəxt hiss etmək üçün bunları yeyin



Özünüzü xoşbəxt hiss etmək üçün bunları yeyin
Avstraliya alimləri araşdırmalar nəticəsində belə qərara gəliblər ki, meyvə və tərəvəzlərin qəbulu insanları daha xoşbəxt və həyatdan razı edir.

Alimlər 2 il ərzində 12 min nəfər insanın rasionuna nəzarət edirdilər. Əsasən rasionda meyvə və tərəvəzlərin miqdarı qiymətləndirilirdi. Bundan əlavə alimlər eksperimentin iştirakçılarına onların öz həyatından razı olub-olmadığını 10 bal şkalası üzrə qiymətləndirməyi təklif edirdilər.
Müşahidələr zamanı məlum olub ki, rasionda meyvə və tərəvəzlərin çox olması insanları daha xoşbəxt edir.
Alimlərin fikirinə görə bunun səbəbi orqanizmdə B12 vitamininin artmasıdır. Bu vitamin beyində serotoninin ifrazını artırır. Serotonin yaxşı əhval-ruhiyyə ilə bağlı olan neyromediatordur.
Beləliklə, meyvə və tərəvəzlərin qəbulu həm bir çox xəstəliklərin inkişafı riskini azaldır, həm də insanın ümumi əhvalının yaxşılaşmasına kömək edir.
Offline
  • Şərh №: 1
  • 25 iyul 2016 21:06
  • Xəbər sayı: 17
  • Şərh sayı: 119
hmmm..bilmirdim.teşekkür

--------------------

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər