Özəl:

Cavan qalmaq üçün 5 qida



Cavan qalmaq üçün 5 qida
Bernardo La Pallo 17 avqust 1901-ci ildə anadan olub və indiyə qədər özünü idarə edə bilir, həm ağlı başındadır, həm də yaxşı formada qalıb.

114 yaşlı kişi verdiyi müsahibəsində uzunömürlülüyünü 5 qidaya borclu olması ilə izah edib. Həkimlər qocanı müayinə edib, onun bir çox 70-80 yaşlı insanlardan daha yaxşı formada qaldığını deyib.

Gəncliyində uzun və xoşbəxt həyat yaşamağa qərar verdyini deyən qoca inidiyə kimi mütəmadi olaraq idmanla məşğul olur, düzgün qidalanır.

La Pallo yarımfabrikatlar və qırmızı ət də yemir. O, daha çox sıyıq, meyvə və tərəvəzlərə üstünlük verir. Onun fikrincə, aşağıda sadaladığmız 5 məhsul insanın ömrünü uzadır.

Bal

Bu qoca iddia edir ki, şəkərdən imtina edən insan daha çox yaşayır. Şəkərin ən yaxşı əvəzləyicisi isə baldır.

Sarımsaq

Sarımsaq xörəklərə xüsusi dad verməkdən əlavə, həm də antibakterial və antiseptik xüsusiyyətlərə malikdir. Həmçinin onun tərkibində immuniteti gücləndirən çoxlu vitaminlər var.

Şokolad

İndi çoxları şokoladdan imtina etməyə çalışırlar. Amma Bernardo bildirir ki, ondan itima etmək böyük səhvdir. Az miqdarda şokolad əhval-ruhiyyəni qaldırır və ürək-damar sisteminin işini normallaşdırır. Yalnız bu məhsulun tərkibinin böyük faiz kakao olmalıdır.

Darçın

Darçın yeməklərin dadını yaxşılaşdırmaqla qalmır, həm "pis" xolesterinin səviyyəsini azaldır, həm də diabetin inkişafının qarşısını almağa qadirdir.

Zeytun yağı

Qədim Romada bu məhsul gənclik və xoşbəxtlik iksiri sayılırdı. İndi bu məhsul əlçatmaz deyil, istənilən mağazadan zeytun yağı almaq olar. O, orqanizm üçün çox faydalıdır. Həmçinin tərkibindəki antioksidantlar və E vitamininin zənginliyinə görə cavanlaşdıran xüsusiyyətlərə malikdir.

Əgər siz də sağlam, xoşbəxt və uzunömürlü yaşamaq istəyirsinizsə, onda Bernardo La Pallonun məsləhətləribə əməl etməyə dəyər.
Offline
  • Şərh №: 1
  • 24 iyul 2016 22:06
  • Xəbər sayı: 17
  • Şərh sayı: 119
sarimsaqdan başqa hamsini yeirem...

--------------------

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər