Özəl:

Meyvə quruları



Meyvə quruları
Hal hazırda payız və qış aylarında supermarketlərdə istənilən meyvələri almaq mümkündür.
Lakin həkimlər bu meyvələri yemək tövsiyə etmirlər. Məsələ burasındadır ki, bu meyvələrin bir çoxusu uzaq cənub ölkələrdən gətirilir, kal şəkildə yığılır, yaxşı saxlanılması üçün müxtəlif konservantlar və digər kimyəvi maddələrlə işlənilir (məhz bu səbəbdən onlar xarab olmur, onlara qurd düşmür). Bütün bunlar isə bu meyvələri insan orqanizmi üçün xeyirli yox, ziyanlı edir.
Qış aylarında lazım olan vitamin və mikroelementləri quru meyvələrdən almaq mümkündür.Quru meyvələrdə bütün faydalı vitamin və mikroelementlər saxlanılır.
Qara gavalı qurusu ən faydalı quru meyvələrdən biri sayılır. İlk növbədə qara gavalı həzm sistemin fəaliyyətini yaxşılaşdırır, qəbizlikdən azad edir. Qəbizlikdən əziyyət çəkən insanlar bu reseptdən istifadə edə bilərlər: axşamdan 5 dənə qara gavalı qurusu üzərinə 1 stəkan qaynar su əlavə edin və səhərə kimi saxlayın. Səhər acqarına alınmış şirəni için və gavalıları yeyin. Bu sadə vasitə bağırsaqlara "saat kimi" işləməyə kömək edəcək.
Bişmiş çuğundurla qara gavalı salatı da bağırsaqları çox yaxşı işlədir və bundan əlavə orada yığılmış toksin, şlaklar və digər ziyanlı maddələri çölə çıxardır.
Bundan əlavə qara gavalı qurusu maddələr mübadiləsi proseslərinə müsbət təsir edir, ürək, qara ciyər, böyrəklər üçün xeyirlidir, görmə qabiliyyətini yaxşılaşdırır
loading...
  • 8-06-2016, 09:00
  • 562
  • 1
Offline
  • Şərh №: 1
  • 8 iyun 2016 14:58
  • Xəbər sayı: 198
  • Şərh sayı: 905
Meyve qurusu çox xoşlayıram.

--------------------

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər