Özəl:

Qəbizlikdən əziyyət çəkənlər bu qidaları yeməməlidir



Qəbizlikdən əziyyət çəkənlər bu qidaları yeməməlidir
Həkimlərin müşahidələrinə görə, qəbizlik bir çox hallarda düzgün olmayan qidalanma nəticəsində inkişaf edir. Bu halda qidalanmada müəyyən dəyişikliklər etməklə insan qəbizlikdən xilas ola bilər.Qəbizlikdən əziyyət çəkən insanlar müəyyən pəhriz saxlamalı, bəzi qidaları qəbul etməməlidir.
 
Qəbizlikdən əziyyət çəkirsinizsə, bu qidalardan imtina edin:
- ət və balıq konservləri
- hisə verilmiş qidalar (ət, balıq, kolbasa)
- ağ çörək, ağ undan hazırlanmış un məmulatları (bulka, piroq və s.), yağlı kremlə tort, pirojna, peçenye
- zülallarla zəngin olan qidalar. Bu qidaları qidalanmadan tam çıxartmaq olmaz. Lakin insan qəbizlikdən əziyyət çəkirsə, bu qidaları azaltmaq lazımdır.
- büzücü təsirə malik olan bəzi meyvələr (nar, heyva, zoğal, armud, xurma)
- bəzi tərəvəzlər (göbələk, turp, sarımsaq)
- çox yağlı ət, balıq, yağlı bulyonlar, qoyun piyi
- alma və üzüm şirələri
- makaron məmulatları
- süd. Lakin süd məhsulları (kefir, kəsmik, asidofilin və s.) qəbizlik zamanı əksinə faydalıdır.
- tünd qəhvə və tünd çay
- manna yarması, aş düyüsü
- paxlalılar (lobya, noxud, mərci)
- şokolad
- mayonez, ketçup
- bərk bişirilmiş yumurta.
loading...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər