Özəl:

Çox yeməyin altında yatan səbəblər



Çox yeməyin altında yatan səbəblər
Yemək gördüyünüz zaman və ya televizor qarşısında oturduğunuz zaman şüursuz şəkildə önünüzdə nə var silib süpürüb mədəyə ötürürsünüz. Səbəbi nə olursa olsun normadan artıq yemək son dərəcə sağlıqsızdır və çəki artımına səbəb olur. Ona görə də çox yemə səbəblərinizi öncədən görün və qarşısını mütləq alın.

1.Sıxıntı
Həkimlər çox yeməyin altında yatan ən önəmli səbəbin sıxıntı, edə biləcək maraqlı bir şey tapa bilməmək və özünü bədbəxt hiss etmək olduğunu bildirirlər. Ona görə də yeməyə hücum çəkməzdən öncə probleminizi həll edin və başınızı başqa bir şeylə qatmağa çalışın.

2. Sürət
Yeməyə bir başladığınızı və bir də qurtardığınızı xatırlayırsınız və aradan sadəcə 5 dəqiqə keçdiyini hiss belə etmirsiniz. Halbuki yemək yemə müddəti 20 dəqiqə olmalıdır. Odur ki, yeməyinizi yavaşca, hər loxmanı yaxşıca çeynəyərək yeməyi sınaqdan keçirin. Və hər dəfə yemək yediyiniz zaman özünüzü restoranda hiss edin, yeməyi əllə deyil çəngəl bıçaqla yeyin. İnanın həm yeməyin ləzzətini hiss edəcəksiniz, həm də az yeyib doyacaqsınız.

3. Ətraf
Bəzən sağlıqlı bir diyet saxladığınız halda özünüzü dostlarınızla birlikdə restoranda yağlı yemək yediyiniz halda görürsünüz. Bundan xilas olmaq üçün dostlarınızdan imtina etməyə gərək yoxdur, sadəcə tez-tez özünüzə sağlıqlı və fit bir vücuda qovuşmağınızın lazım olduğunu xatırladın.

4. Servis
Böyük qabda yemək yemək olduqca ləzzətlidir, elə deyilmi? Lakin böyük boşqablar sizin çox yeməyinizin əsas səbəblərindən biridir, unutmayın.

5. Yorğunluq
Bəzən yorğunluqla aclığı bir-birinə qarışdırır insan və normadan artıq yeməklə enerji toplayacağına və yorğunluqdan xilas olacağına inanır. Yorğunluq və yuxusuzluğunuzu çox yeməklə deyil, meyvə-tərəvəz kimi yüngül qidalar yeməklə ötüşdürün.
loading...
  • 7-05-2016, 13:00
  • 394
  • 0

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər