Özəl:

Bu meyvə-tərəvəzləri yeyin, qocalmayın



Bu meyvə-tərəvəzləri yeyin, qocalmayın
İnsanlar hər zaman gənc və təravətli qalmağı arzulayırlar. Etiraf edək ki, vaxt keçdikcə bunu bacarmaq elə də asan deyil. Lakin yediyimiz qidalara qarşı diqqətli olsaq, gözəlliyimizi yaşlı vaxtımızda da qoruyub saxlaya bilərik.

Sizə yaşlanmanı gecikdirən həmin qidaları təqdim edirik.

Badımcan

Badımcan tərkibindəki nasunin maddəsi və yüksək yaşlanma əleyhinə maddələr sayəsində xərçəng hüceyrələrinin yayılmasına mane olur. Araşdırmalar sübut edib ki, badımcanın tərkibindəki nasunin maddəsi sinir hüceyrələrinə zərər verən sərbəst radikalların qarşısını alır. Unutqanlıq xəstəliyinin inkişafının qarşısını alır.

Pomidor

Pomidor sağlam hüceyrələrə zərər verən, immunitet sistemini aşağı salan molekullarla mübarizə aparan tərəvəzdir. Yüksək miqdarda likopen ehtiva edir. Tərkibindəki yüksək miqdarda likopen sayəsində başda ağciyər xərçəngi olmaqla bir çox xəstəliyə qarşı qoruyucu xüsusiyyətə malikdir.

Qırmızı bibər

Qırmızı bibər immunitet sisteminin ən yaxşı dostudur. Yaşıl bibərə nisbətən daha çox C vitamini ehtiva edir və bu C vitamini sayəsində mikroblarla, bakteriyalarla mübarizə aparır. Gənc görünüşün qorunmasında da olduqca təsirlidir. Bədənində bol miqdarda C vitamini olan insanlar digər insanlara nisbətən qırışlara daha az meylli olurlar. C vitamini ehtiyacını qarşılamaq üçün qırmızı bibər çox faydalıdır.

Böyürtkən

Tərkibindəki flavonoid maddəsi infarkt və iflic riskini azaldır. Bu meyvəni həyatınızdan əskik etməyin.

Brüssel kələmi

Brüssel kələmi tərkibindəki sulfid sayəsində şiş meydana gəlməsinə səbəb olan fermentlərin yaranmasına mane olur. Son illər aparılan araşdırmalar sübut edib ki, brüssel kələminin tərkibindəki sulfid revmatizmin də qarşısını alır.
loading...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər