Özəl:

Yorğunluqdan yeyərək qurtulun: əsəbləriniz də sakitləşəcək



Yorğunluqdan yeyərək qurtulun: əsəbləriniz də sakitləşəcək
Mövsüm keçidlərində ortaya çıxan yorğunluq, gücsüzlük, pessimizm, depressiya kimi pis hallar baharın xoşbəxtliyini doyunca yaşamağa mane olur. Bahar yorğunluğuna qarşı ən təsirli həll yollarından biri, bəlkə də birincisi doğru qidalanmaqdır. Aile.lent.az həmin bahar yorğunluğuna yaxşı təsir edən qidaları təqdim edir.

Xurma ən yaxşı ara yeməyidir
Xurma kalium qaynağıdır və xüsusilə enerji, xoşbəxtlik verici qidalara başçılıq edir. Ehtiva etdiyi bir çox vitamin və mineral baxımından xurma həm şirin ehtiyacımızı aradan qaldırır, həm də toxluq hissi verir. Xurmanı diri formada yeyə bilmirsinizsə, bir neçəsini blenderdən keçirib top halına gətirərək yeyə bilərsiniz.

Yağları əridər, sakitlik verər
Bu dövrdə xüsusilə kafein və buna bənzər xəbərdaredici qidalardan uzaq dayanmaq məsləhətdir. Qəhvə və qara çay yerinə daha çox sakitləşdirici bitki çaylarına üstünlük verə bilərsiniz. Xüsusilə jasmin, melisa və çobanyastığı qarışığı çaylar həm yağ yandırmasına təsir edir, həm də bədənə sakitlik və dinclik verir.

Yemək aralarında qoz və ananas yeyin
Hər səhər 1-2 ədəd qoz yeyin. Bu, sizin göz və beyin hüceyrələrinizi qoruyacaq, sinir sisteminizi rahatlandıracaq. Qoz eyni zamanda depressiya vəziyyətlərinin də qarşısını alma xüsusiyyətinə malikdir. Gündə 2 dilim ananasla gün ərzində lazımi enerji toplaya bilərsiniz. C vitamini və lif faizi olduqca yüksək və yağ yandırmasına kömək olan ananası hər gün yeyə bilərsiniz.

Depressiyaya qarşı D vitamini
Bahar aylarında depressiya əlamətlərini azaltmağa kömək olan qidalara xüsusilə D vitamini tərkibi yüksək olanlar başçılıq edir. Süd və süd məhsulları, balıq və yumurta həm enerji verən, həm də bahar aylarında depressiyadan uzaq tutacaq qidalar arasındadır.
Hər səhər qaynadılmış yumurta, ya da qayğanaq yeyin. Həftədə ən az 3 dəfə qızartma, ya da sobada bişirilmiş balıq yeyin. Ara yeməklərində yulaf, meyvə və südlə qarışdırılmış qidalar həm süd qəbuluna, həm də D vitamini almağınıza kömək olacaq.

Depressiyaya qarşı çiyələk və banan
Vitamin və mineral tərkibi yüksək olan çiyələk, aşağı kalorisi və enerji verici təsiriylə qidalanmanızda tez-tez yer ala bilər. Həftədə ən çox 3 gün, gündə ən çox 20 ədəd yeyə bilərsiniz. Çiyələyin yağ yandırmasına da faydası var. Afrodizyak təsiri ilə depressiya vəziyyətini aradan qaldırır və xoşbəxtlik verir. Kalium tərkibi yüksək olan banan serotonin dediyimiz xoşbəxtlik hormonunun ifrazında çox təsirlidir. Banan həmçinin sıxılma və spazmın qarşısını almaq xüsusiyyətinə də malikdir.

Tünd şokoladın xoşbəxtliklə əlaqəsi var
Aparılan araşdırmalar sübut edib ki, balanslı şəkildə yeyilən kakao nisbəti yüksək olan həqiqi tünd qara şokolad yağ yandırılmasına kömək edir, enerji verir və xoşbəxtlik hormonunun ifraz olunmasına şərait yaradır. Diqqət yetirilməsi lazım olan məqamsa şokoladı nizamlı formada və lazımı miqdarda yeməkdir.

Beyin və göz sağlamlığı üçün bunu yeyin
Omega 3 tərkibi yüksək olan somon balığı D vitamini almağa kömək edir. Bununla yanaşı, beyin və gözlər üçün lazımlı olan vitamin və mineralların alınmasına da qatqı təmin edir. Sobada, ya da qızartma olaraq bişirilərək, yanında çiy tərəvəzlərlə yeyilməsi məsləhətdir. Xüsusilə serotonin hormonunun ifrazına da kömək edir.

Bahar yorğunluğuna qarşı 2 qat daha çox su
Yaz-yay aylarında su qəbulunu 2 qat artırmaq bahar yorğunluğuna qarşı olduqca faydalıdır. Su bahar aylarında meydana gələ biləcək allergiya halları və bədənin şişməsinə maneə törədən xüsusiyyətə malikdir. Gündə ən az 3 litr su içsəniz, bahar yorğunluğu, gecə yata bilməmə və səhərlər oyana bilməmə problemlərinə kömək olar.

Günəşli havadan faydalanın
Günəşli gözəl havanın hər anından faydalanmaq lazımdır. Hər gün ən az 30 dəqiqə piyada gəzsəniz, özünüzü daha canlı hiss edəcəksiniz. Hərəkətli və aktiv olmaq bu dövrdə bütün stress və gərginliyin yox olmasına kömək olar. Həftədə ən az 3 gün, nizamlı şəkildə edilən idman həm də çəkinizə nəzarəti təmin edəcək.

loading...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər