Özəl:

Təxirə salma xəstəliyindən necə xilas olaq?



Təxirə salma xəstəliyindən necə xilas olaq?
Ümumiyyətlə müəyyən işləri ertələyirik. Çünki bunlar çətindir, sevimsizdir ya da özümüzü qərarsız hiss etməmizə səbəb olur. Xoş olmayan işləri təxirə salmaq, insanı gücsüz salan və zamanını oğurlayan bir xəstəlikdir. Bizi hədəflərimizdən saxlayar, sabahı təzyiq altına alar, özümüzə olan sayqımızı itirməmizə səbəb olar.Təxirə salmanın ana səbəblərindən biri vərdişlərdir. Hamımız dəyişmənin çətinliklərini qəbul etmək yerinə müəyyən qəliblərə bağlanıb bunları davam etdirmə meylində oluruq. Evinin pəncərələrinə qış perdələrini taxmağa ərinən bir adamı düşünək. Lazımlı olduğunu bildiyi halda pərdələri qarajdan çıxarıb taxmağı davamlı təxirə salır. Yanacaq çeki gəlib çatdığında pis sarsılır. Üstəlik indi o işi qarlı və buzlu bir havada etmək məcburiyyətindədir.

Ümumiyyətlə, müəyyən işləri ertələyirik. Çünki bunlar çətindir, sevimsizdir ya da özümüzü qərarsız hiss etməmizə səbəb olar. Xoş olmayan işləri təxirə salmaq onları ortadan qaldırmaz, yalnız sizin narahatlıq səviyyənizi artırır. Çünki edilməsi lazım olan o işlər hələ ortadadır. Bir adam benzin almaq üçün benzin stansiyasına yanaşır. Xidmət edən vəzifəli ona, cərəyanla yağın nəzarət edilməsini istəyib istəmədiyini soruşur. Adam səbirsizdir və tələsdiyi yer vardır. "Onlarda bir şey yoxdur." Deyə cavab verir. Benzini alıb yola qoyular və yolda cərəyanı bitər. "Kaş ki" deməyə başlayır amma bu "kaş ki" nin ona heç bir faydası toxunmayacaq.

Dale Carnegie belə yazır: "Təxirə salma bir problemdir; çünki sizin üçün və inkişafınız üçün əhəmiyyətli olan işlərə laqeyd yanaşmaq və gecikdirmək, yolunuzu davamlı tıxayan bir maneə halına gəlir.''

Qorxu, təxirə salmanın bir hissəsi ola bilər mi? Qorxu bəzən xeyr demək istəyib də deyə bilnədiyimiz müdürdən, yoldaşlarımızdan və ya ailə üzvlərimizdən çəkinməkdir. Xeyr deyə bilməmə probleminiz varsa səbəbi ümumiyyətlə rədd etdiyiniz adam ilə aranızın pozulacağını düşünməkdir. Halbuki xeyr deməklə adamı rədd etmiş olmarıq; olsa olsa evlənmə təklifində xeyr demək qarşıdakı adamı rədd etməkdir.

Xeyr demənin ən yaxşı yolu, bunu qarşınızdakina xətrinə dəyməyəcəyi, incinməyəcəyi dərəcədə konstruktiv bir şəkildə söyləməkdir.
Təxirə salma xəstəliyindən xilas olun

Təxirə salma xəstəliyini müalicə etmək üçün əvvəl nəyi təxirə salmaqda olduğunuzu və ertələmənizin səbəbini təsbit etmək lazımdır. Bunun üçün boş bir kağız götürüb aşağıdakı cədvəli çəkib doldurun.

Edilməsi lazım olan işlər

Nə üçün edilmədi?

Gerçək Səbəb Nədir?
 
 
Təxirə salmanın səbəbləri bunlar ola bilər:
- Etməkdən nifrət etdiyiniz üçün
- Vəzifənin nəticələrindən qorxduğuğuz üçün
- Necə edəcəyinizi bilmədiyiniz üçün
- Etməkdən zövq almadığınız üçün

Təxirə salmaqdan Qurtulmanın Yolları:

1-
Xoşlamadığınız işi əvvəl edin: Ən sevmədiyiniz, ən çox təxirə salma meyli göstərdiyiniz işi, günün başlanğıcında etməyə çalışın. Bu, işin davamlı qorxu saçıb təxirə salınması yerinə, işin bir an əvvəl olub bitməsini təmin edər. (Douglass və Baker)

2-
Təxirə salınması ehtimal olunan işi parçalara ayırın: Problemin öhdəsindən gələ biləcəyiniz bölümləriylə hər gün 10-30 dəqiqə məşğul olun. Zaman dolanda buraxın. Xoş olmayan işlərlə bu gün məşğul olmamaq, eyni problemi sabah yenə daşıyacağınız mənasını verər.

3- Özünüzə bir bitirmə tarixi təyin edin: İş etməyə motivasiya ola bilmək üçün biriylə bəhsə girin. Məsələn; Qrup yoldaşlarınızla flanca mövzularda 1-2 ay içində çox deyişəcəm deyə bəhsə girin.Onlara qalip gələcəkləri təqdirdə, yemək,coffe və ya film bileti sözü verin.Belə olan halda Bu bəhsi qazanmaq üçündü elavə həvəsə gələcəksiz.( Bunu bizzat mən etmişəm)

4- İşi bitirdikdə özünüzü mükafatlandırın: Özünüzə verəcəyiniz mükafatlar, kiçik ya da böyük, xoşunuza gələn hər şey ola bilər.Əgər mükafata layiq olmasanız, qətiliklə almayın; müvəffəqiyyətli olsanız isə mütləq mükafatınızı özünüz özünüzə verin. Ara sıra alacağınız bu mükafatlar həyatı daha da rəngləndirir və qorxtuğunuz və ya ərindiyiniz işləri təxirə salma meylinin öhdəsindən gəlməyinizə kömək edər.

5- Əlinizdə nə varsa onunla yola çıxın.

6- Darıxdırıcı və xoşagəlməz bir işi birinə verməyə cəhd edin.

7- Təxirə salmaya qarşı maneələr yaradın.

Beyin Akademisi
Tərcümə: Eltun İsmayılov

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər