Özəl:

İmtahandan öncə nə etməli?



İmtahandan öncə nə etməli?
Ali məktəbə imtahan verdiyi gün şagirdlər üçün ən yaddaqalan, ən maraqlı, ən həyəcanlı, bəziləri üçünsə ən qorxulu və narahatverici günlərdən biri olur. Bu imtahan doğrudan da insan həyatı üçün önəmli bir mərhələdir. Buna görə də imtahana mümkün qədər yaxşı hazırlaşmaq, həm savad, həm psixoloji, həm də fiziki cəhətdən imtahan günü hazır olmaq lazımdır. Qeyd edilənlərdə abituriyentlərə kömək olacağını düşünərək, onlara bir neçə praktiki məsləhətlər vermək istəyirik:

1. Boş yerə həyəcanlanmayın
İmtahan verəcəyiniz tarixi yadınızdan çıxarmayın, ancaq hər dəqiqə də yadınıza salıb özünüzü həyacanlandırmayın.
İmtahana bir gün qalmış isə heç elmi məlumat oxumayın.

2. İdmanla daha aktiv məşğul olun
İnsan sağlam həyat tərzi üçün daima idmanla məşğul olmalıdır. Amma əgər abituriyntlərdən hansısa tənbəllik edirsə, imtahanda uğurlu nəticə əldə etmək üçün imtahan gününə az qalmış mütləq idmanla məşğul olmalıdır. Çünki idman zehni fəaliyyətin yaratığı yorğunluğu aradan qaldırmaq üçün çox effektivdir.
 
3. Təbiət sizə kömək edəcək
İmtahana 2-3 gün qalmış özünüzü təbiətin qoynuna atsanız, çox yaxşı olar. Elə bir şərait yoxdursa, ən azı təmiz havada gəzmək beynin fəaliyyətinin yüngülləşməsinə kömək edər. Çünki açıq havada qəbul edilən oksigen beynin sürətlə işləməsinə səbəb olur. Bundan başqa, bol meyvə və maye qəbul edin. Həmin gün axşamı kompüter və televizordan uzaq durun.

4. Pozitiv ruhiyyədə olun
Heç bir insan "hərşeyşunas" deyil, hər bir şeyi bilmir. Abituriynlər də, həmçinin 5 fənnin bütün incəliklərini bilə bilməzlər. Əgər siz kifayət qədər imtahana hazırlaşmısınızsa, onda pozitiv ruhiyyədə olun. Bəli, bilmədiyiniz sual da düşə bilər. Amma əksəriyyəti bildiyiniz suallar olacaq. İkincisi, çətin sual təkcə sizin rastınıza çıxmayacaq. Əgər çətin sual varsa, sizin rəqibləriniz də o suallarla qarşılaşacaq. Ona görə də özünüzü qorxutmayın, pozitiv olun.

5. "Onlar səndən daha bilikli deyil"
Adətən abituriyntlər elə bilir ki, imtahan verən dostları daha güclüdür və onun bildikləri rəqiblərinin bildikləri ilə müqayisədə azdır. Ancaq bu, belə deyil. Rəqibləriniz də sizin haqqınızda elə fikirləşir. Onlar da sizin dahi olduğunuzu düşünür. Ona görə narahatlığa əsas yoxdur. Siz özünzə inanın və imtahanda bilginizdən maksimum istifadə edin.

6. Ziyarətgahları və ya körpələr evini ziyarət edin
Biz müsəlman olduğumuzdan Allaha inamımız, güvənimiz sonsuzdur. Ona görə də Allahın sevimli bəndələrini ziyarət etdikdə, həmçinin körpələr evi və ya kimsəsizlər evini ziyarət etdikdə qəlbimizdə mənəvi rahatlıq yaranır, uğurlu gələcəyə inam yaranır. İmtahanöncəsi stresi və həyəcanı azaltmaq üçün belə ziyarətlər çox xeyirli ola bilər.

7. İmtahan üçün lazım olan sənədləri diqqətdə saxlayın
İmtahandan bir gün öncə, yatmazdan əvvəl imtahana aparmalı olduğunuz sənədlərə bir daha göz gəzdirin. Onları ləkələnməkdən, suya düşməkdən və s. problemlə üzləşməkdən qoruyun.

8. İmtahan səhəri yuxudan erkən oyanın
İmtahan günü yuxudan geç oyanmaq beynin sürətini aşağı salır. Axşamdan tez yatın ki, səhərdən oyanmaq sizi yuxusuz qoymasın. İmtahan günü də televizora və kompüterə baxmayın. Çalışın əhval-ruhiyyənizi şux saxlayasınız. Körpə uşaqla oynamaq ona nəvaziş göstərmək də imtahanda uğur qazanmağınıza vəsilə ola bilər.

Offline
  • Şərh №: 1
  • 6 may 2016 15:29
  • Xəbər sayı: 198
  • Şərh sayı: 905
Men gelen ay imtahan verecem cox qorxuram inwallah yaxwi olar.Amin

--------------------

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər