Özəl:

Artıq çəkidən qurtulmaq istəyirsiniz?



Artıq çəkidən qurtulmaq istəyirsiniz?
Artıq çəkidən qurtarmaq istəyirsiniz? İdeal bədən qurluşuna sahib olmaq üçün, sadəcə 4 dəqiqə kifayətdir!

Mütəmadi olaraq bu hərəkətlər edin, Siz artıq çəkidən çox tez yaxa qurtaracaqsınız.

Budun ön tərəfi üçün olan hərəkət
Döşəmə üzərində əyləşin, ayaqlarınızı birləşdirərək önə doğru tam açın, əllərinizi çiyinlərinizdən arxaya qoyaraq onları özünüzə dayaq edin. Ayağınızın birini döşəmədən qaldırın, dizinizi qatlayaraq sinənizə tərəf gətirin. Bu hərəkəti bir ayaqla 10 dəfə təkrar etdikdən sonra eyni hərəkəti o biri ayağınızla təkrar edin.

Budun daxili tərəfi üçün olan hərəkət
Döşəməyə əyləşin, qollarınızı arxaya apararaq onları dayaq edin özünüzə. Dizinizi maksimum dərəcədə elə qatlayın ki, dabanlarınız yanlarınıza dəysin. Dabanınızı döşəmədən qaldırmadan dizlərinizi açın, yumun. Dizlərinizi açarkən onları maksimum dərəcədə sağdan və soldan döşəməyə yaxınlaşdırmağa çalışın. Hətta lazım gəlsə çox ağırlıq etmədən yüngülcə dizlərinizdən basa da bilərsiniz. Bu hərəkəti 20 dəfə təkrar etmək lazımdır.

Budun çöl tərəfi üçün olan hərəkət
İki əl, iki ayaq üstə vəziyyətini alın. Əlləriniz və bir diziniz üstündə duraraq digər ayağınızı əymədən mümkün qədər hündürə qaldırın, sonra qatlayaraq yene döşəməyə qoyun. Hərəkəti edən zaman çalışın beliniz çox tərpənməsin. Bu hərəkəti 10 dəfə təkrar etdikdən sonr eyni hrəkəti digər ayaqla etmək lazımdır.

Yan əzələləri üçün olan hərəkət
Başlanğıc vəziyyət əvvəlkihərəkətdə olduğu kimidir. İki əl və bir diziniz üstündə duraraq ayağınızı elə qaldırın ki, budunuz döşəməyə parallel olsun. Bu vəziyyətdən ayağınızı yuxarı qaldırın, sonra yenidən döşəməylə paralel vəziyyətə qaytarın. Belinizi əyməyin. Bu hərəkəti 10 dəfə etdikdən sonra ayağınızı dəyişin.

Qarnın çəpəki əzələləri üçün olan hərəkət
Döşəməyə oturun, ayaqlarınızı önə doğru uzadın. Əllərinizi yumruqda sıxaraq, qollarınızı dirsəkdən bükərək çiyinlərinizə doğru gətirin. Bədəninizi bel dairəsindən sola döndərərək sağ qolunuzu və yumruğunuzu açın və onunla önə doğru elə dartının ki, sağ əliniz mümkün qədər ayağınızın ucuna çatsın. Belinizi düz saxlayın, əyməyin, əlinizlə bərabər sinənizi də dartın ayaqlarınıza doğru. Başlanğıc vəziyyətə qayıdın, sonra eyni hərəkəti sağ qolunuzla təkrar edin. Hərəkət 20 dəfə təkrar olunmalıdır.

Qarnın ön əzələləri üçün hərəkət
Arxası üstə döşəməyə uzanın, qıçlarınızı da dizdən bükün. Əllərinizi boynunuzun arxasında birləşdirərək tavana (potolok) baxın. Sonra belinizi azacıq döşəmədən qaldırın, əlinizi tam açın və nəfəs verərkən əllərinizi uzadaraq ayaq barmaqlarınıza vurun. Sonra geriyə təkrar vəziyyətə qayıdaraq əllərinizi yenidən başınızım arxasında çarpazlaşdırın və döşəməyə uzanın. Eyni hərəkəti 10 dəfə təkrar edin.

Döş və qol əzələləri üçün hərəkət
Düz durum, ayaqlarınızı çiyin bərabərinizdə açın, dizlərinizi azacıq qatlayın. Bədəninizi azacıq önə əyin. Əllərinizi yumruqlayın (yüngül qantel və ya su butulkası da götürmək olar). Daha sonra qollarınızı yana açın, sonra isə yenidən sinəniz önündə qollarınızı birləşdirin. Bu hərəkəti 10 dəfə təkrar etmək lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər