Özəl:

1 günə 1 kq - əla nəticə



1 günə 1 kq - əla nəticə
Baxımlı və formada qalmaq hər bir xanımın arzusudur. Həmişə formada qalmaq çətin olduğu üçün ara-sıra müxtəlif diyetalardan istifadə edirik. Çünki əsasən də bayram günləri, ad günlərindən sonra az da olsa artıq çəki özünü biruzə verməyə başlayır.

İnternetdə bir çox diyetalar haqqında oxumuşdum və hətta bəzilərini saxlamışdım. Düzdü effektləri az da olsa, nəticə bir müddətdən sonra itirdi. Həm də hövsələsiz biri olduğum üçün uzunmüddətli diyetalar saxlamağı bacarmıram.

Çox sadə 1 günlük dieta:

Qayda:
1 litr az yağlılığı olan südə 2 xörək qaşığı yaşıl çay əlavə edib qaynadırıq (məhz pəhriz üçün nəzərdə tutulmuş 0, 1 % yağlılıq dərəcəsi olan süd).
2. Bütün gün ərzində ancaq bu yaşıl çayla qaynadılmış südü içməliyik.
3. Əlavə olaraq yalnız 2 litr adi qaynanmış su içmək olar (başqa heçnə).

Qeyd etdiyim məmulatları yazdığım kimi hazırladım və gün ərzində qəbul etdim. Səhər yuxudan duran kimi nəticəni görmək üçün tərəziyə qalxdım və - 950 qr. Məncə 1 gün üçün çox əla nəticədir.

Düzdü günün sonuna yaxın insan özündə biraz halsızlıq hiss edir. Amma məncə 1 gün dözmək olar:) Artıq bir neçə müddətdir ki, bu 1 günlük diyetaya həftədə 5 gündən bir riayət edirəm. Nəticədə özünü çox yaxşı göstərir.

Məncə bu cür 2 aya 5-6 kq arıqlamaq olar (uzunmüddətli və əzabverici diyetalar tutmadan). Sözsüz ki gündəlik qida rasionumuzu da azaltmalıyıq. Bir neçə vacib məsələni qeyd etmək istəyirəm:

1. Böyrəyində problem olan xanımlar bu diyetanı tutmamaqları məsləhətlidir. Çünki gün ərzində ancaq maye qəbul etdikdə böyrəklərin normadan çox yüklənir.

2. Bu diyetanı davamlı olaraq dalbadal 2 gündən artıq tutmaq qəti olmaz! Məncə təcili və qısa zamanda arıqlamaq istəyənlər üçün asan bir yoldur. Məsələn, 1 gündən sonra toya gedəcəksinizsə, çox cüzi çəki itirməyə və yüngülləşmənizə ehtiyac varsa bu diyeta sizə kömək olacaq.
loading...
Offline
  • Şərh №: 1
  • 14 may 2016 16:56
  • Xəbər sayı: 198
  • Şərh sayı: 905
Tewekkürler((

--------------------

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər