Özəl:

12 gün pəhrizi



12 gün pəhrizi
"12 gün” pəhrizi haqqında internetdə oxudum və mənə o qədər də çətin gəlmədi. Üstəlik internetdə qızlar bu pəhrizlə 10-12 kq arıqladığını və razı qaldığını yazırdılar. Mənə o qədər çox arıqlamaq lazım olmasa da yenə də bu pəhrizi saxlamağı qərara aldım.

Menyu:
1-ci gün – 1 litr maksimum yağlılıq dərəcəsi 2,5% olan süd
2-ci gün – Təxminən 1 kq portağal və yaxud qreypfrut
3-cü gün – 500 qr yağsız kəsmik
4-cü gün – pörtlədilmiş, öz suyunda bişirilmiş yunan qabağı (kabaçok)
5-ci gün – 100-150 qr tünd qara şokolad
6-cı gün – 1 kq yaşıl alma
7-ci gün – 300 qr bərk və yağlılığı az olan pendir
8-ci gün – tərəvəz salatı və 1 litr duzsuz tomat soku
9-cu gün – 400 qr suda bişmiş mal əti
10-cu gün – tərəvəz salatı
11-ci gün –500 qr yağsız kəsmik
12-ci gün – 1 kq təzə gavalı və yaxud 500 qr qara gavalı

Bu gündəlik inqredientlərdən əlavə gün ərzində 2 litr su içmək lazımdır. Son qida qəbulu yatmamışdan minimum 3 saat qabaq olmalıdır.

Açığı birinci gün mənə elə də çətin gəlmədi. Çünki monodiyetalara öyrəşmişəm. 2-ci gün də elə bir çətinlik olmadı, amma artıq axşama doğru başım gicəllənməyə, fırlanmağa başladı, nəfəsim də sanki çatmırdı. Amma birtəhər yatıb, fikirləşdim ki, səhər, yəni 3-cü gün kəsmik yeyərəm keçər. Halbuki keçmirdi və özümü çox halsız hiss edirdim.

Yəqin ki hər bir orqanizm fərqli olduğu üçün hərə bu tip pəhrizlərə fərqli-fərqli dözümlülük göstərir. Mənə şəxsən bu pəhriz çox çətin gəldi.

3 günə 2,5 kq arıqlasam da, sonradan bu çəki tez bir zamanda qayıtdı. Əziyyətim də hədər getdi. Xanımlardan kimsə "12 gün” pəhrizini saxlamaq istəsə bu cür əks təsirləri nəzərə alsın.
loading...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər