Özəl:

Xiyar diyeti



Xiyar diyeti
Pəhriz 3 gün ərzində həyata keçirilir. 3 gündə 1.5 kilo verə bilərsiniz. Əgər daha uzun müddət davam etmək istəyirsinizsə, 10 gün ara verib təkrar tətbiq edə bilərsiniz.

İlk gün :

Səhər:
Səhər yeməyində 1 stəkan ilıq olmaq şərtiylə ballı və limonlu su , 2 kiçik dilim pendir ( yağsız ) və 2 ədəd xiyar .
Ara payda 1 stəkan suyu bol ayran ilə 2 ədəd xiyar .
Nahar:

Günorta yeməyində. 1 kasa az yağlı qatıq, 2 ədəd xiyar və
qaynadılmış balqabaq .
Ara payda 3 ədəd qoz və 3 ədəd xiyar . 2 saat qədər sonrada 1 ədəd yaşıl alma.

Şam:
Axşam yeməyində 1 boşqab zeytun yağlı qabaqla birlikdə 4 – 5 qaşıq yarma plovu .
Axşam yatmamışdan 2 saat əvvəl 2 ədəd xiyarla günü bitirin .

2. gün:
Səhər:
Səhər yeməyində 1 stəkan ilıq olmaq şərtiylə ballı və limonlu su, 2 kiçik dilim pendir (yağsız) ilə 2 ədəd xiyar.
Ara payda 1 ədəd alma və 1 ədəd kivi
Nahar:

Günorta yeməyində 1 boşqab az yağlı qiyməli qabaq 1 dilim çovdar çörəyi.
Ara payda 2 ədəd qoz və 1 stəkan keçi südü (az yağlı)
Şam:

Axşam yeməyində 3 ədəd yumurtanın ağından hazırlanmış az yağlı omlet, 2 ədəd xiyar və 2 ədəd bibər.
Axşam yatmamışdan 2 saat əvvəl 2 ədəd xiyarla günü bitirin.

3. gün:
Səhər:
Səhər yeməyində 1 stəkan ilıq olmaq şərtiylə ballı və limonlu su, 2 dilim pendir (az duzlu olmasına diqqət edin) ilə 2 ədəd xiyar.
Ara payda 1 ədəd yaşıl alma.
Nahar:

Günorta yeməyində 1 kiçik qab yaşıl mərci şorbası və 1 boşqab zeytun yağlı balqabaq.
Ara payda 1 stəkan zəncəfilli çay, 2 ədəd qoz və 2 ədəd xiyar.
Şam:

Axşam yeməyində 1 kasa az yağlı qatıq, 3 ədəd yumurtanın ağından hazırlanmış bibərli omlet.
Axşam yatmamışdan 2 saat əvvəl 1 ovuc ləbləbi və 2 ədəd xiyarla günü bitirin.

Qeyd:
Son yeməyinizi yatmamışdan ən gec 2 saat əvvəl yeyin. Əgər yatmadan dərhal əvvəl yesəniz bədənin bunu həzm etməsi uzun olacağına görə kilo verməyiniz çətinləşər. Üstəlik sizə kilo olaraq geri dönə bilər. Bu pəhrizi edərkən bol miqdarda su için. Daha sürətli kilo vermək üçün isə yaşıl çay da içə bilərsiniz.
loading...
Offline
  • Şərh №: 1
  • 11 may 2016 17:51
  • Xəbər sayı: 7
  • Şərh sayı: 373
Tewekurler)

--------------------

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər