Özəl:

Arıqlamaq istəyən xanımlara bikini pəhrizi



Arıqlamaq istəyən xanımlara bikini pəhrizi
Tətil günlərinin başlamasına sayılı günlər qalıb. Güzgü qarşısına keçdikdə özünüzü bikinidə təsəvvür edə bilirsinizmi? Yəqin ki, artıq çəkilər sizə qorxulu yuxu kimi gəlir. Elə isə bu dəqiqədən etibarən pəhrizə başlayın. Adını isə "bikini pəhrizi" qoyun ki, ciddi əməl edəsiniz.

Çimərlik mövsümünə hazırlıq üçün türkiyəli dietoloq Seçil Kenarın pəhriz proqramını təqdim edirik. Bu pəhriz ilə həm qısa müddətə artıq çəkidən azad olarsınız, həm də sağlamlığınızın qayğısına qalarsınız.

Budur sizə "bikini pəhrizi":

- Gündə 3 əsas yemək və 3 ara yeməyi yeyin.

-Yeməklər bol-bol qaynadılmış və ya buxarda bişirilmiş olacaq, tərəvəz isə mütləqdir.

- Gündə mütləq 2 litr su için.

- Gündə 1 mineral su, 2 fincan yaşıl çay için.

- Pəhrizdə meyvə porsiyasını artırın, yağlı-şəkərli qidaları çıxarın.

- Tox tutması baxımından lifli qidaları artırın.

- Gün ərzində atışdırmalar etməyin.

- Hazır meyvə suyu içməyin.

Sağlam pəhriz proqram:
* Səhərlər 1 kasa qatıq, 6 ədəd çiyələk, 2 ədəd qoz, 1 dilim ananas.
* Ara yeməyində 3 ədəd təzə ərik
* Naharda 1 kasa tərəvəz şorbası, 1 kasa qatıq
* Ara yeməyində 1 dilim qarpız + 1 dilim pendir, 2-3 ədəd kəpəkli biskvit
* Axşam 1 qab qaynadılmış və ya buxarda bişirilmiş tərəvəz, 1 kasa qatıq
* Gecə 1 ədəd alma, 6 ədəd çiy badam
loading...
Offline
  • Şərh №: 1
  • 7 may 2016 23:39
  • Xəbər sayı: 4
  • Şərh sayı: 157
ariqlamaq fikrim yoxdur

--------------------

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər