Özəl:

5 qaşıq pəhrizi nədir?



5 qaşıq pəhrizi nədir?
Hamilələr, süd verən analar, xroniki xəstəlikləri olanlar üçün münasib deyildir. Pəhrizdən əvvəl həkiminizlə məsləhətləşin.

5 qaşıq pəhrizinin qaydaları:

- Hər yemək yedikdə boşqabınıza 5 qaşıqdan artıq yemək çəkməyin.
- Yemək arası məsafə 3 saatdan az olmamalıdır.
- Əgər ilk iki qaydaya riayət etdinizsə, yatmamışdan 3 saat əvvəl də yeyə bilərsiniz.
- Menu istənilən qidalardan(bəziləri istisna) ibarət ola bilər.
- Qazlı, şəkərli meyvə sularından qətiyyən istifadə etməyin.
- Çay, kofe və adi su məhdudiyyət qoyulmadan istifadə edilə bilər.
- Turşu və souslardan, eyni zamanda duzlu və ədviyyatlı qidalardan imtina etməlisiniz.
- Qızardılmış qidalardan, eyni zamanda yarımfabrikad məhsullarından istifadə etmək olmaz.
- Eyni zamanda buxarda bişirilmiş qidalardan da istifadə edə bilərsiniz.
- Şirniyyatlar, şokalad insanı uzun müddət tox saxlamır və tez aclıq hissinin yaranmasına səbəb olur. Ona görə bu dietdə bele qidalardan mümkün qədər az istifadə edilməlidir.
- Paxlalı bitkilər, taxıl bitkiləri, nişastalı olmayan tərəvəzlər az şəkərli meyvələr daha uzun müddət sizi tox saxlayacaqdır.
- Yağ bütün orqanizmə vacib olan bir qida olduğu üçün yaşıl salatlarınıza zeytun ya da kətan toxumu yağı əlavə etməyi unutmayın. Bu yağ nəticəsində özünüzü 3 saat müddətində daha yaxşı hiss edəcək və aclıq hiss etməyəcəksiniz.
- İstifadə edilən yağların mənşəyi və tərkibinə diqqət edin. Trans, hidrogenləşdirilmiş yağlardan istifadə etməyin.
- Yumurta xüsusən də yumurta ağı zülalla zəngindir. Yumurta 45 dəqiqəyə həzm olunur. Səhər yeməyində yediyiniz yumurta, yulaflı sıyığa nisbətən daha uzun müddət özünüzü tox hiss etməyinizə səbəb olacaqdır.
- Gün ərzində adi su içməyi unutmayın.

Nümunə üçün menyu:

08:00 - Meyvəli yulaf sıyığı, kərə yağı (kiçik parça), kakao
11:00 - 1 banan və yaxud 1 pomidor
14:00 - qaynadılmış ət və ya buxarda bişmiş toyuğun döş əti
17:00 - zeytun yağı və kətan toxumu yağı ilə hazırlanmış yaşıl salat
20:00 - kəsmik
23:00 - kefir
loading...
Offline
  • Şərh №: 1
  • 3 may 2016 15:54
  • Xəbər sayı: 198
  • Şərh sayı: 905
Xebere gore tesekkurler

--------------------

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər