Özəl:

5 ən sadə pəhriz



5 ən sadə pəhriz
Bəzi qidalanma planları sizə aclıq çəkmədən və sevimli yeməklərdən imtina etmədən sizə çəki atırmağa kömək edə bilər. Sizə ən sadə pəhriz proqramlarını təqdim edirik.
 
Az kalorili pəhriz
Bu yüngül pəhriz çərçivəsində kalorililiyin azalması adi porsiyaların təxminən üçdə bir hissəsinin azaldılması hesabına olur. Bundan başqa siz buğa verilmiş, soba və ya qrildə bişirilmiş yeməklərdən istifadə edə bilərsiniz. Çalışın qida qəbul edərkən onu yaxşı çeynəyəsiniz. Bu pəhriz zamanı təxminən 3-6 kilo arıqlamaq olur.
 
Duzsuz pəhriz
Pəhriz zamanı qida rasionunu əhəmiyyətli dərəcədə dəyişmək lazım deyil. Bunun üçün sadəcə istifadə etdiyiniz duzun miqdarını bir az azaltmaq lazım olacaq. Yeməkləri bişirmə zamanı deyil, hazır olduqdan sonra duzlayın. Duzu qidada sarımsaq, ədviyyat və limon suyu ilə əvəz edə bilərsiniz. Düzgün yanaşma zamanı bir neçə həftə ərzində siz 3-4 kilo arıqlaya biləcəksiniz.
 
Zülallı pəhriz
Bu tip qidalanma sistemi ilə çəki karbohidratlı məhsulların istifadəsinin azaldılması hesabına olur. Pəhriz zamanı siz aclıq çəkməyəcəksiniz. Ət, balıq, yumurta və süd məhsullarından istənilən miqdarda istifadə etmək olar. 1 həftə pəhriz zamanı siz 8 kiloya qədər arıqlaya bilərsiniz.
 
Kefir ilə şam yeməyi
Bu pəhrizi onun üçün sadə hesab etmək olar ki, pəhriz zaman səhər və nahar yeməyi zamanı siz istədiyiniz məhsullardan istifadə edə bilərsiniz. Pəhriz zamanı yalnız bir məhdudiyyət var ki, o da şam yeməyinin kefirdən ibarət olmasıdır. Pəhriz müddətsizdir və ona riayət edərkən siz 1 həftə ərzində 1.5-2 kilo çəki ata bilərsiniz.
 
Maye pəhrizi
Pəhrizin mahiyyəti ondadır ki, hər qida qəbulundan əvvəl 1-2 stəkan su içmək lazımdır. Lakin qida qəbulundan dərhal sonra içkilərdən çəkinmək lazımdır. Pəhrizin təsir mexanizmi kifayət qədər sadədir: təmiz qazsız su maddələr mübadiləsini sürətləndirir və mədəni doldurur, buna görə siz daha kiçik həcmli qidadan da doya biləcəksiniz. Bu pəhriz nəticəsində siz bir həftə ərzində təxminən 2 kilo arıqlaya biləcəksiniz.

loading...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər