Özəl:

Gündə 11 dəqiqə idman haqda düşünün



Gündə 11 dəqiqə idman haqda düşünün
Gündə 11 dəqiqə idman haqda düşünün

İdmanı xəyal etmək belə əzələləri gücləndirir
Alimlər idmanı xəyal etməyin sizi güclü etdiyini, əzələləri möhkəmləndirdiyini və əzələ atrofiyasını dayandırdığını kəşf edib.
YeniQadın Biz-in xəbərinə görə, yeni araşdırmalar idmanı xəyal etməyin idman zalında idman etməklə eyni təsirə sahib olduğunu ortaya çıxarıb.

Nəticələri "Neurophysiology” jurnalarında dərc olunan araşdırmaya görə, sadəcə idman etdiyini xəyal etmək əzələləri bərkidib, əzələ atrofiyasını gecikdirərək insanı gücləndirir.

Araşdırma zamanı iştirakçıların bir qrupuna 4 həftə boyunca 5 gün ərzində sadəcə 11 dəqiqə idman etdiyini xəyal etmək tapşırılıb. Digər qrupa heç nə tapşırılmayıb.

Nəticələr beynin və bədənin çox sıx bağlı olduğunu bir daha təsdiqləyib. İdmanı xəyal edənlərin etməyənlərdən iki qat daha güclü olduğu ortaya çıxıb.

Alimlər bunu beyin korteksi və onun əzələ hərəkətlərini idarə etməsi ilə əlaqələndirirlər.
loading...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər