Özəl:

3 həftədə ideal bədənə sahib olun



3 həftədə ideal bədənə sahib olun
3 həftə ərzində hər gün 15 dəqiqə müddətində bu 9 hərəkəti etməklə incə görünüşə sahib ola bilərsiniz. Müddət o qədər də çox deyil. Buna görə də tənbəlik etməyin. Gün ərzində özünüzə 15 dəqiqə səhər və 15 dəqiqə axşam yatmazdan əvvəl vaxt ayırsanız, həm ideal bədən ölçüsünə, həm də sağlam bədənə sahib ola bilərsiniz. Bir çox xəstəlik hərəkətsizlidən qaynaqlanır. Hərəkət etmək xərçəngə qarşı mübarizə aparmaq deməkdir.

İndi isə keçək bəhs etdiyimiz 9 hərəkətə:


1-ci hərəkət - Olduğunuz yerdə sanki qaçırmışsınız kimi hərəkət edin. Bu hərəkətə isinmə hərəkəti deyilir. Bu hərəkət çox vacibdir və mütləq 5 dəqiqə ərzində etməlisiniz.

2-ci hərəkət - 10 dəfə sanki stolda otururmuşsunuz kimi aşağı çöməlirsiniz. Ancaq çox aşağı yox, stola doğru. Aşağı çökəndə nəfəsinizi alıb, duranda nəfəsinizi verirsiniz.

3-cü hərəkət - Hər hansı bir çubuq və ya evinizi təmizləmək üçün lazım olan taxta çubuqdan da istifadə edə bilərsiniz. Boynunuzun arxasına həmin taxtanı qoyun və iki qolunuzu da üstündən aşırın. Sağa və sola doğru hərəkət edin. Hərəkət zamanı ayaqlarınız bir az aralı olsun. Bu hərəkət əsasən yan tərəflərimizdə olan yağları əritmək üçündür. Ancaq bu hərəkəti etdikdə belinizi incitməyin, yəni çox sürətli sağa və sola dönməyin. Bu hərəkəti 30 dəfə təkrarlaya bilərsiniz.

4-cü hərəkət - 1.5 litrlik iki butulka su qabının içinə su doldurun və əllərinizi yuxarı qaldırıb, aşağı salın. Bu hərəkəti etdiyinizdə ayaqlarlarınızı və əsasəndə dizlərinizi tərpətməməlisiniz. Bu hərəkət qol altında və sinədə olan yağları əritmək üçündür.

5-ci hərəkət - Qarın əzələlərini işə salmaq üçün press mütləqdir. Ancaq bu hərəkəti tətbiq etdikdə belinizi incitməməyə çalışın və bel yırtığı olanlar bu hərəkəti etməsinlər. Yerə uzanın ayaqlarınızı dizdən qatlayın və əllərinizi boynunuzun arxasına qoyub, yavaş-yavaş qalxıb uzanın. Çənəniz sinənizə dəyməsin, başınızı bükməyin və çənəniz hər zaman dik yuxarı dursun. Bu hərəkəti də 20 dəfə edə bilərsiniz.

6-cı hərəkət - Bu hərkət çox istifadə edilmir. Buna görə də həm qadınlarda, həm də kişilərdə arxa əzələlər hərəkət etmədiyi üçün çöküntü əmələ gəlir. Ağzı üstə yerə uzanıb, əllərinizi və ayaqlarınızı yuxarı qaldırırsınız. Bu hərəkəti də 20 dəfə edə bilərsiniz.

7-ci hərəkət - Yan tərəfə uzanırsınız, hansı tərəfiniz yerdədirsə, yəni sağ tərəfə uzanmısınızsa, sağ əlinizi belinizə, sol əlinizi isə qulağınızın dibinə qoyursunuz. Başınızı və ayağınızı eyni anda qaldırırsınız. 15 dəfə sağ, 15 dəfə isə sol tərəfi edirsiniz.

8-ci hərəkət - Bu hərkət üçün sizə bir stul lazımdır. Əllərinizi stulun başına qoyub, dik dayanın. 20-25 dəfə sağ və eyni şəkildə sol ayağınızı heç tərpətmədən və əymədən arxaya tərəf qaldırıb, salırsınız.

9-cu hərəkət - Ən asan hərəkətlərdən biridir. Yerə uzanın və elə hiss edin ki siz velosipet sürürsünüz.
loading...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər