Özəl:

Formada qalmaq üçün ofisdə bu hərəkətləri edin



Formada qalmaq üçün ofisdə bu hərəkətləri edin
Gərgin iş tempindən dolayı idman etməyə imkan tapa bilməyənlər ofisdə masa başında edə biləcəyi sadə hərəkətlərlə formalarını qoruya bilər.
Həftənin 6 günü çalışan və müntəzəm idman etməyə vaxt tapa bilməyənlər üçün 10 praktik hərəkətdən ibarət olan özəl idman proqramı var. Bu siyahıdakı idman hərəkətlərini siz də ofisdə edərək əzələlərinizi gücləndirə bilərsiniz. Vacib olan qərarlı olmaq və idman etmək fürsətini qaçırmamaqdır.
Ofisdə rahatlıqla tətbiq edə biləcəyiniz 10 praktik idman hərəkətləri ilə formada qalma sirlərini sizinlə bölüşürük.

Ofisdə vaxt tapdıqca ediləcək idman əzələlərin elastikliyini təmin etməklə güclənməsinə də yardımçı olur. İdman hərəkətləri arasında nəfəs alıb verməyə diqqət edərək gərginliyin və stressin azalmasına yardım edin. 

1. Əl biləklərinizi içəriyə doğru 8 formasında çevirin, eyni hərəkətləri tərs yönə təkrarlayın.

2. Çiyinlərini öndən arxaya doğru hərəkət etdirin. Çiyinlərinizi əvvəlcə önə, yuxarı, sonra geriyə hərəkət etdirin. Bunu 8 dəfə edin. Eyni hərəkəti arxadan önə doğru təkrar edin.

3. Ayaqüstə durun. Əllərinizi baldırlarınızın üzərinə qoyun. Hər iki qolu arxada birləşdirmək istəyirmiş kimi geriyə doğru çəkin. Belə vəziyyətdə 10-a qədər sayın.

4. Çiyinlərinizi ola bildiyincə önə itələyin. Sonra normal vəziyyətə dönün. Daha sonra ola bildiyincə geriyə itələyin. Bunu 8 dəfə edin.

5. Ayaqüstə ikən masa və oturacaqdan dəstək alın. Tək ayaq üstündə durun. Digər ayaq topuğunuzu yerdən qaldırın. Ayaq biləyini içəriyə doğru çevirin, gövdənizə doğru çəkin. Sonra pedala basar kimi irəliyə itələyin. Bu hərəkəti 8 dəfə təkrarlayın.

6. Oturacaqda dik oturun. Oturacağın kənarlarından tutarkən öncə sağ dizinizi, sonra sol dizinizi yuxarı qaldırın. Bunu dörd dəfə təkrarlayın.

7. Oturacağın arxasına keçin və tutun. Sağ dizinizi ola bildiyincə yuxarı qaldırın. Başlanğıc vəziyyətə qayıdın, sonra sağ ayağı tamamilə geriyə itələyin. Bunu 8 dəfə edin.

8. Oturaq vəziyyətdə ikən yavaşça oturacağın arxasına söykənin. Qollarınızı yuxarıya və geriyə doğru uzadıb gərin. Ayaqlarınızın öndə, düz və yerdə olmasına diqqət edin.

9. Ayaq üstə durub masa və ya oturacaqdan dəstək alın. Ayaq barmaq uclarınız içə dönmüş şəkildə barmaq ucunda qalxın və enin. Bunu 10 dəfə təkrarlayın.

10. Ayaq üstə durub masa və ya oturacaqdan dəstək alın. Ayaq barmaq uclarınızı bayıra doğru döndürün, diz qapaqlarınız ilə barmaq uclarınız paralel olacaq. Barmaq ucunda qalxın və enin. Bunu 10 dəfə edin.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər