Özəl:

Qarın yağlarını əridən məsləhət



Qarın yağlarını əridən məsləhət
1) Duruşunuza diqqәt edin.
 Düz dayanmaqla qarın әzәlәlәrinin daha yaxşı işlәmәsini tәmin edә bilәrsiniz.
Qulaqlarınız çiyin xәttindә olmalı vә dizlәrinizi bükmәmәlisiz. Çiyinlәriniz dә köynәk asdığınız asqı kimi düz olmalıdır. Әyri dursanız, donqarınız çıxdığı üçün qozbel görünәr, hәm dә zamanla qalıcı ola bilәr. Ağırlığı
topuqlara verin. Belәcә hәm düzgün qamәtә sahib olar, hәm dә qarın әzәlәlәrinin sağlam işlәmәsini tәmin edә
bilәrsiniz.

2) Bәdәni tamamilә düşünün.
Qarın әzәlәlәrini işlәdәrkәn bәdәnin digәr hissәlәrini dә nәzәrә alın. Düz qarına sahib olmaq üçün kürәk vә bel hissәsindә olan әzәlәlәrinin dә vәziyyәti önәmlidir. Hәmçinin bütün bәdәni balanslı şәkildә işlәtmәsәniz, qarnınız düz olacaq. Amma digәr yerlәr zәif qalacaq.

3) Qayıq dönüşü.
Dik durun, ayaqlarınızı çiyin xәttindә ayırın. Әllәrinizi birlәşdirin vә avar çәkdiyinizi tәsәvvür edin. Sağ vә sol tәrәfdә birlәşdirdiyiniz әllәrinizi qayıqda oturmuş kimi avar hәrәkәtini 20 dәfә tәkrar edin. Bu mәqşlәri edәrkәn dәrindәn nәfәs alın.

4) Pişik tәpiyi.
Ayaqlarınızı birlәşdirib dik durun. Qollarınızı tәyyarә qanadları kimi iri açın. Nәfәs verin, eyni
zamanda,qıçınızı qaldıra bildiyiniz qәdәr yuxarı qaldırın. Qollar da öndә paralel olaraq dayanmalıdır. Bu
hәrәkәti hәr bir qıç üçün 20 dәfә tәkrar edin. Bu bölgәdә olan әzәlәlәriniz çalışacaq vә yağların әrimәsini tәmin
edәcәk.

5) Әsnәmә.
Dik durun, topuqlarınızı birlәşdirin vә әllәrinizi qarınınızın altında kilidlәyin. Nәfәs verin vә
qollarınızı darta bildiyiniz qәdәr aşağı doğru itәlәyin. Eyni zamanda, barmaq ucunuzda qalxmağa çalışın. Bu hәrәkәti dә 10 dәfә tәkrarlayın.

6) Qidalanmağınıza diqqәt edin.
 Nә qәdәr mәşq edirsiniz edin, yediklәrinizә diqqәt etmәdiyiniz müddәtdә
qarınınızı istәdiyiniz formaya sala bilmәzsiniz. Unutmayın ki, mәdәniz qarnınızda yerlәşir, onun dolu olması isә birbaşa gözәlliyinizә kölgә salır.

7) Realist olun.
Genlәriniz bәdәn quruluşunun hansı formada olmasında әhәmiyyәtli rol oynayar. Ancaq "Onsuz
da ailәmdәki hәr kәs kökdür” deyib dә, şirniyyatlara hücum etmәk doğru deyil. İstәdyiniz hәdәfә çatmaq üçün
qarşınıza mәqsәd qoyaraq motivasiya olsanız, ideal bәdәn quruluşuna sahib olmağın әslindә, o qәdәr dә çәtin
olmadığını görәcәksiniz.

8) Tәlәsmәyin.
Heç kim bir gündә mükәmmәl qarına qovuşmayıb. Bunun üçün sәbirli olub әziyyәt çәkmәlisiniz. Qarnınızı әritmәk üçün gündә sadәcә 20 dәqiqәnizi ayırmaq kifayәtdir. Unutmayın ki, hәr şeyin
başında sәbir dayanır.
loading...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər