Özəl:

Formalı ombalar üçün möhkəmləşdirici məşq



Formalı ombalar üçün möhkəmləşdirici məşq
Formalı və möhkəm ombalara sahib olmaq üçün idman salonlarına getmənizə heç ehtiyac yoxdur. Omba əzələlərini hədəf alan "Pilates" məşqləri, gimnastikala belə işləməyən əzələləri hərəkətə keçirərək, bədəninizin qısa müddətdə forma girməsini təmin edir.

Qıç qaldırma

Üzüaşağı yerə uzanın. Rahat hərəkət etmək üçün yerə bir dəsmal sərin. Qollarınız yerdə çarpaz olacaq şəkildə başınızı qollannızın üstünə yaslayın. Qıçlarınızı gərgin tütün və bir qıçınızı yerdən 5-10 sm. qədər yuxarı qaldırın. Bu sırada digər qıçınız gərgin bir şəkildə barmaq ucuyla yeri göstərsin. Hərəkət əsnasında nəfəs alın və qarınınızı içə doğru çəkin.

Kürəyi üstə uzanma

Arxa üstə yerə uzanın. Çənəniz dik bir şəkildə, başınızı yerdən qaldırın. Sol qıçınızı uzadıb, sağ qıçınızı dizdən qatlayın və iki əlinizlə qavrayın. Rahatca nəfəs alın və verərkən sol yan əzələnizi sıxın. Bu sırada qarınınız bir süngər kimi sıxılacaq. Hərəkəti ən az 10 dəfə təkrarladıqdan sonra eyni məşqi digər qıçla reallaşdırın.

Dərininə rahatlama
Bu hərəkət, qısalmış əzələlərlə, əzələ kramplarına qarşı alınan bir tədbir xüsusiyyəti daşıyır. Arxa üstə yerə uzanın. Qıçlarınızı bədəninizlə 90 dərəcəlik bir bucaq meydana gətirəcək şəkildə qaldırın. Əllərinizlə qıçlarınızı düzlərinin altından qavrayın və mümkün olduğu qədər sinənizə doğru yaxınlaşdırmağa çalışın. Nəfəs alın və içinizdən 20-ə qədər sayıb nəfəsinizi verin.

Onurğaları açma
Yerə uzanın və ayaqlarınızı çiyin genişliyində açın. Daha sonra dizdən qıçlarınızı qırın və belinizin düzlüyünü qoruyaraq nəfəs alın. Bu sırada onurğalarınızın alt qisimini yerdən yavaşca qaldırın. Hərəkəti edərkən qarınınızın bir süngər kimi sıxıldığını və yanlarınızın möhkəmləşdiyini hiss edəcəksiniz.
loading...
Offline
  • Şərh №: 1
  • 22 sentyabr 2015 16:03
  • Xəbər sayı: 0
  • Şərh sayı: 215
Ehtiyac yoxdu tesekkurler

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər